“Almaniya şirkətləri Azərbaycana 810 milyon dollar investisiya qoyub” - XİN RƏHBƏRİ
“İkitərəfli görüşümüzdə regiondakı vəziyyətlə bağlı müzakirələr apardıq”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Almaniya şirkətləri Azərbaycana 810 milyon ABŞ dolları həcmində investisiya qoyub:
“Almaniyalı həmkarıma son 3 il ərzində Ermənistanla ölkəmiz arasında sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı ətraflı məlumat verdim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB