“Müxalifət olan-qalan nüfuzunu da itirib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət olan-qalan nüfuzunu da itirib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Doğrusu, mən müxalifət nümayəndələrinin dedikləri sözləri izləmirəm. Çünki onlar olan-qalan nüfuzlarını da itiriblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov müxalifətin cənab Prezident İlham Əliyevin zəfərinə kölgə salmaq cəhdləri ilə bağlı danışarkən deyib.

Deputat sözlərinə belə davam edib: “Azərbaycanın Prezidentin rəhbərliyi altında qazandığı qələbə və uğurlara kimlərsə kölgə salmaq istəyirlərsə, özlərinin itirilmiş nüfuzuna əlavə zərbə vururlar. Odur ki, bu məsələdə xalq və cənab Prezident birdir.

Müxalifət özünü təkcə Azərbaycan Prezidentinə yox, Azərbaycan xalqına və tarixə qarşı qoyur. Onları tarixin hökmünə buraxın. Heç düşünmürəm ki, bu məsələ ilə bağlı onlara nəyisə deməyə ehtiyac var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə