Məqam düşdüyündə dinc əhaliyə barbarcasına hücum edən və öz vəhşiliklərindən “ruhlanaraq” özləri barədə məğlubedilməzlik mifi yaradan namərd haylar, əsl savaşda mərdliklə döyüşən ordumuzun şücaəti qarşısında tab gətirə bilmədikdən, məğlubiyyətlərindən sonra hər dəfə yazıq, məzlum, əzilmiş və guya haqqı tapdalanmış xalq obrazlarını bütün dünyaya sırımağa çalışırlar ki, mərhəmət hissi oyadaraq, məkrli niyyətlərini gerçəkləşdirsinlər. Yalançı mərhəmət hissi fonunda isə bəzi qüvvələr ikili yanaşmadan çıxış etmək şansı əldə edirlər və bununla da reallığı əks etdirən güzgüdə çox eybəcər görünürlər.
Artıq bütün dünyada söz, nüfuz sahibi olan, regional və qlobal layihələrə imza atan qüdrətli Azərbaycanın həmin o hayların umduqları mərhəmət hissinə, dəstəyə, yardıma, iyanələrə şərik olmaq fikri və ehtiyacı yoxdur. Amma ən azından ədalət naminə, həqiqətləri, reallıqları görməyə, eləcə də etiraf etməyə bütün dünyanın ehtiyacı var və haqsızlığa son qoyulması, nizam-intizam üçün bəşəriyyət ikili yanaşmaya deyil, dürüst yanaşmaya ehtiyac duyur. Ona görə ki, belə haqsız, ədalətsiz və ikili yanaşmalar nəticə etibarı ilə bütün dünya düzəninə təsir edəcək məqamlardır və əgər həqiqətən də nizam-intizam yaradılmasına maraq və diqqət varsa, hadisələri, prosesləri olduğu kimi qiymətləndirmək, terrorcu, işğalçı ilə işğala məruz qalanı görüb etiraf etmək, hətta hər kəsi öz adı ilə çağıraraq, onların məzlum, yazıq sifət almaqla, həqiqətlər təhrif etməklə, öz çirkin niyyətlərini gerçəkləşdirmələrinə rəvac verməmək gərəkir.
“Ermənistanın səsi” nəşrində, “Şəhərlərə raket hücumlarının qadağan edilməsinə dair beynəlxalq konvensiya qəbul edilməlidir”, başlıqlı yazı ilə çıxış etmək ənənəvi hay həyasızlığının cəmi bircə nümunəsidir. Özlərinə məxsus cinayətləri, ələlxüsus da müharibə cinayətlərini başqalarının üstünə atmaq, adına “yazmaq” ermənilər üçün bir ənənə halını alıb. Ələlxüsus da, Qarabağ klanının maliyyələşdirdiyi, azərbaycan əleyhinə apardığı təbliğatı ilə tanınan “Ermənistanın səsi” adlı nəşr üçün bu ənənəyə sadiqlik qətiyyən təəccüb doğura bilməz. Amma məhz dinc şəhərlərə raket hücumu barədə Ermənistanın, bu işğalçı ölkənin hansısa bir nəşrinin, yaxud kiminsə fikir bildirməsi heç bir çərçivəyə sığışan deyil, çünki bu əməlin sahibi elə həmin ölkənin və bu ölkə hakimiyyətinin özüdür. Nəşrdə dərc olunan məqalədə qeyd olunur ki, “şəhərlərə raket hücumları zamanı baş verən humanitar fəlakətin miqyası əhalinin qəsdən kütləvi şəkildə məhv edilməsi forması kimi qiymətləndirilməlidir, çünki əməliyyatın qurbanı mülki əhali olur”. Bu fikirlə razılaşmamaq niyyətimiz yoxdur, amma humanitar fəlakət və əhalinin qəsdən kütləvi şəkildə məhv edilməsi barədə kimin danışması məsələsi ilə razılaşmaq olmur, çünki özü işğalçılıq siyasəti yürüdən, qonşu dövlətin dinc şəhərlərinə dəfələrlə raket zərbələri endirmiş, günahsız uşaqları, qocaları qətlə yetirmiş bir ölkənin mətbuatında belə məzmunlu yazılar paradoksaldır. Gəncə, Bərdə, Mingəçevir və Tərtərə hücum etmək üçün “Smerç” artilleriya raketləri və “Skad-B” ballistik raketlərindən istifadə edənlərin şəhərlərə raket zərbələrinin endirilməsini qadağan edən beynəlxalq konvensiyadan dəm vurması hansı məntiqə sığışır? Axı sözügedən konvensiya ilə cəza tədbirləri Ermənistanın özünə tətbiq olunmalıdır.
Sadalanan məqamlar təəccüb və təəssüf doğurmaya bilməz, çünki reallıq ondan ibarətdir ki, Azərbaycanın mülki əhalisinə qarşı Ermənistanın hərbi cinayətlərinə təkcə erməni jurnalisti deyil, erməni nəşri deyil, dünya ictimaiyyəti də susur. Ermənistan tərəfindən törədilmiş və azərbaycanlı mülki şəxslərin qətliamlarına səbəb olan cinayətlərə hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsini əmr edən Arayik Arutyunyan artıq Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilib, amma beynəlxalq məhkəmə, beynəlxalq hüquq bu faktları, sübutları görməməzliyə vurur. Amma Ermənistanın uyğurduğu və reallıqdan uzaq olan ən xırda yalançı ittihamlara və şərə belə dərhal reaksiya verilir. Bu, ikili yanaşmanın, ikili standartların tətbiqinin açıq-aşkar ortaya cıxması və nümunəsidir.
Azərbaycan dünyanın sərgilədiyi ikili standartları nə vaxta qədər görməlidir? Niyə Azərbaycan Respublikasının vətəndaşları kimi rahat şəkildə təhlükəsizlik yaşamaq imkanlarını on minlərlə erməninin nəzərə almadan köç etməsinə dırnaqarası "etnik təmizləmə" deyilir, amma ötən əsrin 90-cı illərində bir milyona yaxın azərbaycanlının öz torpaqlarından vəhşicəsinə silahla qovulmasına heç bir qiymət verilmir? Azərbaycan ərazilərini öz xoşları ilə tərk edən erməni qocaların və uşaqların göz yaşları və kədəri ümumbəşəri fəlakət sayılır, amma Xocalı faciəsi kimi insanlıq dramı, minlərlə azərbaycanlının qətli, əsir götürülməsi, işgəncələrə məruz qalması, öz yurd-yuvalarını ayaqyalın, başıaçıq tərk edənlər heç nəzərə də alınmır. Qonşu ölkənin ərazisini işğalçılıqla, terrorla, təcavüzlə ələ keçirmək öz müqəddəratını təyin etmə, yaxud demokratiya hesab olunur, lakin qanunsuz silahlı dəstələri öz ərazisindən təmizləyərək ölkəsinin təhlükəsizliyini təmin etmək, sülh şəraitində yaşamaq niyyətini bəyan etmək isə niyə militarizmin tərənnümü kimi qələmə alınır? Çox maraqlıdır ki, niyə Ermənistanın müdafiə naziri olmuş Tonoyanın yeni ərazilər ələ keçirmək hədələri mütərəqqi danışıqlar kimi görünür, amma Zəngəzur dəhlizi ilə bağlı Üçtərəfli Bəyanatın şərtlərinə əməl edilməsi tələbi qonşu dövlətin ərazisinə təcavüz kimi göstərilir? Bu qədər ədalətsizlik kimin nəyinə lazımdır və belə ikili yanaşmanın nə mənası var? Axı dünya bu yanaşmadan heç bir fayda əldə edə bilməz. Əksinə, belə ədalətsizliklər dünya düzəni üçün yaxşı heç nə vəd etmir, çünki işğalçıya “dəstək” vermək, onun yeni bəd əməllər törətməsi üçün ruhlandırılmasına gətirib çıxara bilər və dünya ölkələri belə terrorizmdən, separatçılıqdan heç də sığortalanmayıb.
Hər dəfə seçkidən sonra zorakılıqların qurbanı olmuş Ermənistan parlamentinin və onlarla etirazçının gülləbaran edilməsi fonunda yenə də işğalçı ölkə demokratik ölkə kimi göstərilir. Axı xaos hökm sürən belə bir ölkədə demokratiyadan danışmaq absurddur. Döyüşlər zamanı zədələnmiş erməni kilsəsinin bərpası nədənsə, “mədəni soyqırım və erməni irsinin məhv edilməsi” kimi təqdim edilir. Belə olan halda, yəqin, işğal olunmuş ərazilərdə yerləşən 67 məsciddən 65-nin ermənilər tərəfindən xarabalığa çevrilməsini utanmadan, qızarmadan abadlıq-quruculuq işlərinin nəticəsi kimi göstərə də bilərlər. Hətta bu utanmazlığın fonunda, müqəddəs ibadətgahlarımızda, məscidlərimizdə donuzların saxlanmasını da innovativ heyvandarlıq kimi təqdim etsələr, tam ikili yanaşmalarına müvafiq təqdimetmə kimi görünə bilər. Azərbaycanın işğal olunmuş ərazisindəki mədəniyyət abidələri ilə bağlı məşğul olmaqdan inadkarlıqla imtina edənlər, bununa görə vaxtlarının olmadığını deyənlər üçün, guya ermənilərə məxsus olan qırnaqarası “qədim abidələr” barədə araşdırma aparmağa vaxt tapılır və bu hətta onların müqəddəs borcu sayılır. Bu qədər də ayrıseçkilik, ədalətsizlik olmaz axı. Yəni, bütün dünya bu qədər faktları görməyə bilərmi? Yaxud, bu boyda, bu əndazədə fərq qoyula bilərmi?
Azərbaycanın işğaldan azad edilmiş ərazisinə ucaldılmış “dəmir yumruğu” vəhşilikdir kimi göstərənlər, nədənsə, hansı mətiqlə və hansı haqla isə, Xankəndində olan erməni tankını bədii düşüncənin şah əsəri kimi başa düşürlər. Əsrin üçdə birinə qədər müddət ərzində münaqişə ilə bağlı danışıqlara məhəl qoymamaq diplomatik strategiya sayılır, amma danışıqlar heç bir nəticə verməməsi fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yolu tətbiq etməsi təcavüz hesab olunur. İstənilən platformada qəbul olunan əsassız və qanuni qüvvəsi olmayan bəyanatlar dünya ictimaiyyətini narahat edir, amma Ermənistanın onillər boyu məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının qətnamələri diqqətə belə layiq görülmür. Budurmu sərgilənən haqq və ədalət? Beynəlxalq hüquqa və normalara belə nəzarət edilir, yoxsa artıq bu kimi hallar qəbul ediləndir? Yəqin, ikili yanaşma o qədər adi hal alıb ki, bu qədər absurd yanaşma maneəsiz şəkildə davam edir.
Müqaisə ediləcək məqamlar, absurd yanaşmalar kifayət qədər çoxdur, amma sadalananlar özü ikili yanaşmanı sübut etmək üçün kifayət edir. Görünən odur ki, Azərbaycana qarşı törədilən cinayətləri saymayanlar reallıqları da qəbul etmək istəmirlər. Reallıqlar və həqiqətlər isə sadalanan ironik misallarda belə öz əksini tapır. Amma ikili standartlar, ikili yanaşma tətbiq edənlər reallığı əks etdirən güzgüyə qətiyyən baxmaq niyyətində görünmürlər. Reallıqları, həqiqətləri göstərən güzgü isə onları, ikili yanaşma ilə özlərini gülünc formaya salanları göstərmir. Hər halda özlərini həmin güzgüdə görmək istəyənlər ənənəvi ikili yanaşmalarından əl çəkməli, heç olmasa haqq və ədalət naminə, dünyamızın nizam-intizamı xatirinə erməni yalanlarını ifşa etməli, həqiqətləri etiraf etməli, Azərbaycanın, xalqımızın haqlı mövqeyini bundan sonra da olsa dəstəkləməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB