“Bir zamanlar arzusunda olduğumuz, həsrətini çəkdiyimiz torpaqlar işğaldan azad olundu və bu gün artıq Qarabağ Azərbaycanındır”. Bunu SİA-ya açıqlamasında Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu gün suveren Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağmızda böyük quruculuq işləri həyata keçirilir: “Artıq işğaldan azad olunmuş torpaqlarımızda böyük bərpa-quruculuq işləri ilə yanaşı bərpa olunmuş şəhər və kəndlərimizə qayıdışda başlayıb. Yəni Azərbaycan işğaldan azad olunmuş ərazilərə qayıdış proqramını uğurla həyata keçirir. Təkcə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa deyil artıq, Xankəndində, Ağdarədə, Xocavənddə üçrəngli bayrağımız ucalır. İlin sonun qədər yüzlərlə ailənin işğaldan azad edilən ərazilərə köçürülməsi nəzərdə tutulur. İnşallah tezliklə ata-baba yurdlarına qayıtdıb firəvan həyatlarını yaşayacaqlar. Bir sözlə, insanlarımız öz əzəli ata-baba yurdlarına geri dönürlər. Bu qürurverici anlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB