"Dağıdıcı müxalifət xaricdən maliyələşir" -MÜNASİBƏT

"Dağıdıcı müxalifət xaricdən maliyələşir" -MÜNASİBƏT

Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisində suverenliyini tam bərpa edib: “Bu gün Qarabağın hər bir yerində Azərbaycanın üç rəngli bayrağı dalğalanır. Bu da çox qürurverici bir haldır. İnşallah, Zəfər bayramı günü Xankəndində hərbi parad keçiriləcək və bu da düşmənlərə bir gözdağı olacaq. Bununla Azərbaycan dövləti bütün dünyaya sübut edəcək ki, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. O ki, qaldı bizim sapı özümüzdən olan "baltalar"mıza, bədxahlarımıza bunların bu qələbəyə bu cür yanaşmalarından təəccübənmək olmaz. Çünki el arasında belə bir misal var: pulunu kim verirsə musiqini də o sifariş edir. Yəni bu insanlar xaricində maliyyələşən insanlardır. Uzun müddətdir xaricidən aldıqları təlimat əsasında fəaliyyət göstərirlər. Bu gün heç kəsə sirr deyil ki, radikal müxalifət qüvvələri xarici qüvvələrin əlində bir aləmdir və lazım gəldikdə isə sözügedən şəxslərdən həmin xarici havadarlar bir alət kimi istifadə edir. Radikal müxalifət bizim bu qələbəmizə kölgə salmaq üçün əllərindən gələni edir və başlayırlar bu cür boş-boş danışmağa. Onlar bu qələbəni həzm edə bilmirlər. Lakin nə istəməsindən asılı olmayaraq, onalar heç vaxt bu parlaq qələbəyə kölgə sala bilməyəcəklər. Çünki hər kəs bunların kim olduğunu yaxşı bilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə