“Azərbaycanın Ermənistanla sülh sazişinin imalanmasının ertələnməsi risk yaratmır. Hər dəfə Ermənistan səhv addım atdıqca Azərbaycan öz iradəsini ortaya qoyur. Burada sərhədlərin delimitasiya və demorkasiyası məsələsi var. Bunların heç biri Ermənistanın xeyrinə deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev AXCP sədri Əli Kərimlinin dediklərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan elə bir dövlət deyil ki başqa bir dövlətin ərazisinə girməyi bəyan etsin və bunu özü üçün fəxr saysın: “Müxalifətin bu fikirləri haradan tapıb çıxardığını anlaya bilmirəm. Mövzular bitib indi də belə mövzulara əl atırlar.
Onların siyasi proqnozunun görmə məsafəsi cəmi üç illik imiş. Uzun müddət yaxalarını cırdılar, biri başını, biri də qulağını kəsirdi. Amma noldu? Azərbaycan bayrağı Xankəndidən asıldı. Ola bilsin noyabrın 8-i Zəfər paradını da Xankəndidə keçirək. Müxalifətin bu qədər narahat olması onlarda Paşinyan təfəkkürünün formalaşmasına gətirib çıxardır”.
Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Azərbaycan birmənalı şəkildə iradəsini ortaya qoyub. Nəyin nə zaman həll olunması məsələsini bütün dünyaya və müxalifətə göstərdi. Müxalifətdə mövzu qıtlığı yaranıb. Əvvəl çox hay-küy salırdılar ki, Qarabağı alan yoxdur. İndi isə məsələlər həll olunub. Onların cənab Prezidentə qarşı səsləndirdiyi fikirlər çox ədalətsizdir.
Azərbaycan bayrağını Xankəndidə ucaltmağı bacaran Ali Baş Komandana qarşı bu qədər nifrət, həyasızlıq, abırsızlıq və əxlaqsız fikirlər irəli sürənləri Azərbaycan xalqı bağışlamayacaq. Adam ölkəsi üçün hər şey etdi. Biz niyə şəxsi maraqlarımızı dövlətin milli maraqlarından üstün bilməliyik?! Bu nəinki haqsızılıq, hətta əxlaqsızlıqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB