“İsrail-Fələstin müharibəsi dinlərarası münasibətlərə pis təsir edir” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“BMT yaradılandan bəri İsrail-Fələstin və Hindistan-Pakistan arasında davam münaqişələri ən uzunömürlü adlandırmaq olar. Təəssüflə olsun ki, bu münaqişələr hələ də davam edir”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə, baş verən münaqişənin də müxtəlif tərəfi var: “Görünən tərəf İsrail və Fələstindir. Zamanında SSRİ və onun varisi Rusiya, İran və bir çox dövlətlər Fələstinin, HƏMAS-ın yanında olub. Digər tərəfdən isə ABŞ başda olmaqla Qərb dövlətləri də İsrailin yanında olub. Beləliklə, bu müharibə uzun müddətdir ki, davam edir. BMT-nin saysız-hesabsız bununla bağlı qətnamələri var və bu qətnamələrin heç biri təəssüflər olsun ki, yerinə yetirilmir. Yəni hər dəfə İsrail ərazisini genişləndirir. Açığını desək, bölgədə 21 ərəb dövləti var və bir dənə də İsrail dövləti olmaldır və onlar da yaşamalıdır. Coğrafiyada tarix boyu həm yəhudilər, həm də ərəblər birgə yaşayıblar. Amma hər zaman da münaqişədə yaşayıblar. ABŞ prezidenti və digər qüvvələr tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. Bu da illərdir ki, davam edir yəni burada qarşılıqlı inam yoxdur israillər fələstinlilərə inanmır, fələstinlilərin də israillilərə inamı eynidir. Görünən budur ki, İsrail bütünlüklə o ərazini temizləmək istəyir. Son dövrlərdə isə müharibə kəsginləşib. Ancaq görünən odur ki, bu iki xalq arasında müharibə hələ uzun müddət davam edəcək. İsrail-Fələstin müharibəsi dinlərarası və mədəniyyətarası münasibətlərə çox pis təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB