“Qubad İbadoğlunun məhkəməsi keçirilmədiyi halda Tofiq Yaqublu kimilərin hay-küyçü açıqlamalar vemələri və aksiya keçirəcəklərini bəyan etmələri heç də təəccüblü deyil”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, heç bir insan günahsız yerə həbs olunmur: “Əlbəttə, Tofiq Yaqublunun aksiya keçirəcəklərini bəyan etmələri istintaq orqanlarına, hüquq mühafizə orqanlarına təzyiq, təhdid kimi qiymətəndirirəm. Adama deyərlər ki, ay Tofiq Yaqublu, məhkəməni gözləmək çətindirmi? Hər kəs etdiyi cinayət əməlinə görə, qanun qarşısında cavab verməlidir. Ümumiyyətlə, bu gün müxalifət o qədər acınacaqlı bir durumdadır ki, müxtəlif şoular, əhəmiyyətsiz açıqlamalarla gündəmə gəlməyə çalışırlar. Lakin özləridə çox yaxşı bilirlər ki, onların var olub, olmaması heç kəs üçün maraqlı deyil. Hər kəs də onların kimlər tərəfindən maliyyələşdiklərini yaxşı bilir. Bu baxımdan, dağıdıcı müxalifət xarici havadarlarının əlindən bir alətdir. Demək olar ki, hər zaman reallığı özündə əks etdirməyən fikirlər ilə çıxış ediblər. Müxalifət qüvvələri bunu yaxşı bilməlidirlər ki, onların məkrli istəkləri heç vaxt baş tutmayacaq. O cümlədən planlaşdırdıqları aksiyalarda nəticəsiz qalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB