“Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir” - Jan-Jakob Bisep

“Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir” - Jan-Jakob Bisep

“Qvadelupa əhalisi 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşayır. Biz artıq tam suverən ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman bir millətdir”. SİA xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır: “Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlər tərəfindən təhsil alırlar. Onlar öz təhsil kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimi dəyişir, gənclərimizə öz tarixlərini və dillərini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb.

Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. İllərdir Qvadelupanın təbii sərvətləri Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görməsini tələb edirik. Böyük dövlətlər Karayip hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karayipdə sülh yenidən bərqərar olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə