“Neokolonializm siyasətindən əl çəkilməlidir” - SƏBİNƏ ƏLİYEVA
“Fransa müstəmləkəçiliyinə qarşı mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması sözügedən problemlərdən əziyyət çəkən xalqların pozulmuş hüquqlarının bərpası istiqamətində təşəbbüslərin artırılması baxımından çox vacibdir”. SİA xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, bu gün bütün dünyada xalqların hüquqlarına hörmətlə yanaşılmalı, onların hüquq və azadlıqlarını heçə sayan neokolonializm siyasətindən əl çəkilməlidir: “Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti fundamental insan hüquqlarının pozulması ilə nəticələnən müstəmləkəçilik siyasətinin qarşısının alınması, xalqların azad, müstəqil, sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması istiqamətində təsirli tədbirlər görməyə, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıram”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB