“Prezidentin Sərəncamı o ənənənin davamıdır” - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

“Prezidentin Sərəncamı o ənənənin davamıdır” - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və tələbə adını qazanmış gənclər üçün növbəti Sərəncamını görürük. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyevin zamanında qoyulub”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, Ulu Öndər hər zaman təhsilə, biliyə, elimə yüksək qiymət verib: “Dahi Öndər gənclərin bilikli, savadlı olması üçün hər cür dəstəyin göstərmişdir. Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam o ənənənin davamıdır. Həm də kifayət qədər sosial əhəmiyyətli humanist bütövlükdə təhsilə verilən önəmdən irəli gələn Sərəncamdır. Bildiyimiz kimi, tələbələr sosial həsas əhali qrupuna daxildir, çünki onların gəlir qazanmaq imkanları yoxdur və onların diqqəti yalnız və yalnız təhsilə yönəlir. Bu baxımdan, yaxşı oxuyan tələbələri motivasiya etmək üçün və onları daha yaxşı oxumağa həvəsləndirmək üçün məhz bu cür Sərəncam hər il cənab Prezident tərəfindən imzalanır. Düşünürəm ki, bu həm də tələbələr üçün böyük bir məsuliyyətdir. Tələbə adını qazanmış, eyni zamanda yüksək nəticələr əldə etmiş tələblər bu məsuliyyəti dərk edirlər və bu məsuliyyətdən irəli gələrək onlar tələbə dönəmində və təhsillərinin sonrakı mərhələsində daha yaxşı nəticələr əldə etməyə onlarda stimul və həvəs yaradır. Bir məqamada toxunmaq istəyirəm cənab Prezident İlham Əliyev “Heydər Əliyev ili” çərçivəsində təhsildə yüksək uğurlar əldə etmiş tələblər üçün Heydər Əliyev təqaüdü təsis etmişdir. Göründüyü kimi, bu işlər davamlıdır, tələbə, təhsil yönümlüdür və məqsəd yalnız odur ki, bizim gənclərimiz, tələbələrimiz yaxşı oxusunlar, təhsil alsınlan, bilikli olsunlar və bu bilikləri ilə qazandıqları təhsilin nəticəsində gələcəkdə dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etsinlər. Mən fürsətdən istifadə edərək təhsildə yüksək nailiyyətlər əldə edəcək. Prezident təqaüdünə layiq görülmüş bütün tələbələri bir daha təbrik edirəm, onlara gələcək təhsillərində yeni-yeni uğurlar arzulayıram.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə