"Xankəndidə bayraq qaldırılması tarixi bir məqamdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Xankəndidə bayraq qaldırılması tarixi bir məqamdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Prezidentin səfərləri və 19-20 sentabr tarixlərində keçirilən antiterror tədbirlərindən sonra biz deyə bilərik ki, Azərbaycanın həmin ərazilərdə suverenliyi tam bərpa edildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq sözlərinə belə davam edib: "Həmin ərazilərdə şanlı bayrağımız qaldırıldı. Bununla Azərbaycan ərazisində separatçılığa meyllərin aradan qaldırılmasını təsdiq edə bilərik. Digər tərəfdən əlbəttə, bu tarixi bir məqamdır. Çünki hal-hazırda Azərbaycan daxilində cüzi də olsa Azərbaycanın təhlükəsizliyinə hər hansısa bir formada təhlükə mənbəyi törədən qüvvələr artıq yox olub.

Səfər çərçivəsində cənab Prezidentin nitqində səslənən fikirlər ümumi regionda sülh, eyni zamanda Azərbaycanın gələcəyə baxışları da ehtiva edilmişdir. Burada Ermənistana da bir sıra mesajlar verilib ki, əgər Ermənistanda hər hansı bir qüvvələr Azərbaycana qarşı yenidən hər hansı bir formada iddia ortaya çıxaracaqsa, Azərbaycanın da adekvat cavabı olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə