“Füzuli şəhərinin azad edilməsi Qarabağ savaşının ən önəmli hadisələrindən idi” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Füzuli şəhərinin azad edilməsi Qarabağ savaşının ən önəmli hadisələrindən idi” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Qarabağ savaşında ən önəmli hadisələrdən və döyüş nöqtələrindən biri idi. Çünki Füzuli həqiqətən də ön cəbhə olmaqla bütövlükdə müharibənin sonrakı gedişatını həll edəcək məsələ idi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu heç nəyə baxmadan, hətta itkilər hesabına da olsa Füzuli şəhərini və kəndləri azad etməyi bacardı: “2020-ci ildə Füzuli şəhərinin azad edilməsi Azərbaycan yeni ruh verdi, insanlarımızın gücünü, qüdrətini artırdı və Qarabağın bütövlükdə azad edilməsinə inamı möhürləmiş oldu. Sonrakı mərhələdə proseslər daha sürətli getməyə başladı. Növbəti şəhərlər, kəndlər azad edildikcə Azərbaycan ordusunun və Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələdə qətiyyətlə sonadək gedəcəyinin nümayişi idi. Sona qədər getdik və noyabrın 8-də Şuşanın azad edilməsi ilə qələbə möhürü vuruldu. Əlbəttə ki, Ermənistan rəsmən kapitulyasiyanı imzalamağa məcbur oldu”.

Siyasi şərhçi onu da qeyd etdi ki, atrıq Füzulinin azad olunmasından 3 il keçib və bütövlükdə Qarabağ müharibəsinin bitməsindən 3 ilə yaxın müddət keçir: “Biz nəyin şahidi oluruq? Xankəndidə Azərbaycan bayrağının dalğalanmasının şahidi oluruq. Bax, Füzulinin azad edilməsi bu baxımdan əhəmiyyətli idi ki, bizim ordumuz Ali Baş Komandan cənab İlham Əliyev və xalqımız qələbə məsələsində bir an belə tərəddüd etməmişdi. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Bir sözlə, məhz Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval-ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə