Cəmil Həsənli susqunluğu ilə qələbəmizdən pərişan olduğunu nümayiş etdirir ANALİZ

Cəmil Həsənli susqunluğu ilə qələbəmizdən pərişan olduğunu nümayiş etdirir ANALİZ

Oktyabrın 15-də Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda və separatçılardan təmizlənən digər şəhər və kəndlərimizdə üçrəngli bayrağımız ucaldıldı. Bu şərəfli və qürurverici tarixi anları yaşadığımız bir məqamda bəzi yerli və xarici qüvvələr təxribatçı mövqe sərgiləyir, dünya ictimaiyyətini çaşdırmağa yönələn açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar. Azərbaycan bayrağının Xankəndidə ucaldılmasından məyusluq keçirən Əli Kərimli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı kimilərin qısqanc və qeyri-obyektiv münasibəti daha qabarıq şəkildə özünü göstərir. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də qazandığımız Qələbə onları ciddi narahat edir, diqqəti reallıqdan yayındırmağa çalışır, qərəzli fikirlər səsləndirirlər. “Milli Şura”nın sərdi Cəmil Həsənli isə susqunluğu ilə qələbəmizdən pərişan olduğunu nümayiş etdirir. Hətta ehtimal etmək olar ki, C.Həsənli psixoloji sarsıntı keçirdiyindən yataq xəstəsi olub, evində müalicə alır.

Qısqanclıq, ifrat dərəcədə paxıllıq hissi dağıdıcı müxalifəti lal və kar edib

Necə ola bilər ki, Azərbaycanda fəaliyyət göstərən konstruktiv mövqeli siyasi partiyalar Xankəndidə bayrağımızın ucaldılmasına görə Prezident İlham Əliyevi təbrik edirlər. Eyni zamanda, dost ölkələrin siyasətçiləri, jurnalistləri, ictimai fəalları xalqımızı Xankəndi şəhərində bayrağımızın ucaldılması münasibəti ilə gözaydınlığı verirlər C.Həsənli və digərləri susurlar? Hansısa neqativ hadisə baş verən məqamda sosial şəbəkələrdə vay-şüvən quranlar niyə Suqovşanda, həssas yerimiz olan Xocalıda bayrağımızın dalğalandırılmasına görə səslərini çıxarmırlar, ən azı bir-birlərini təbrik etmirlər? Deməli, qısqanclıq, ifrat dərəcədə paxıllıq hissi onları lal və kar edib. Artıq onların danışmağa sözləri, deməyə fikirləri olmayacaq, təbii ki, azda olsa özlərinə hörmət etməyi bacarsalar. Lakin Ə.Kərimlinin, T.Yaqublunun, C.Həsənlinin qara zolaqdan ibarət olan siyasi fəaliyyətləri təsdiq edir ki, onlar özlərinə əsl hörmət edən siyasətçilər deyillər. Əgər doğrudan da özlərinə hörmət etsəydilər C.Həsənli “ Sorosdan hər ay 200 ABŞ dolları aylıq məvacib almışam” , T.Yaqublu utanıb çəkinmədən “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”, Ə.Kərimli “Ermənistan daha cəlbedici və demokratik dövlətdir” deməzdilər. Bu kimi faktlar və mövcud reallıqlar da təsdiq edir ki, onlar özlərini aşağılamaqla maddi rifahlarını düzəlməyə çalışırlar. Yəni əsas hədəfləri milli və dövlətçilik maraqlarını satmaq hesabına maliyyə vəsaiti qazanmaqdır. Məhz buna görə də, xalqın bu günlər yaşadığı böyük çoşquya, sevinc və qürura şərik olmurlar. Əksinə, sosial şəbəkələrdə erməni dəyirmanına su tökən statuslar paylaşırlar. “Sorosun uşaqları” şəbəkəsinin əsas iştirakçılarından olan AXCP sədri Əli Kərimli sosial şəbəkədə paylaşımında yazır: “Bəs Rusiya "sülhməramlılarının" taleyi necə olacaq? 2025-ci ili gözləməyin heç bir mənası yoxdur. Müzakirə ediləcək məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, təmas xətti yoxdur ki, "sülhməramlının" iştirakı üçün də bəhanə olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhanə də qalmadı. Rusiya ordusu ləngimədən Qarabağdan çıxarılmalıdır. Bəs Zəngəzur dəhlizi necə olacaq? Rusiyanın bizi Ermənistanla müharibəyə qoşmaq şansı hələ də qalırmı? Türkiyə nə deyir bu barədə? Bu məsələdə ən həlledici faktorlar nələrdir? Biz xalq olaraq nələrə imkan verməməliyik?”. Qısası cəfəng, mənasız, yersiz fikirlərlə Ə.Kərimli əslində özün rüsvay etmiş olur. Çünki, bu məxluq elə fikir nümayiş etdir ki, sanki dövlət hansı addım atsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hansı qərarlar versə, mütləq bununla məsləhətləşməlidir.

Fuad Qəhrəmanlı qızdırmalı xəstə kimi danışır

Diqqətçəkən maraqlı məqam ondan ibarətdir ki, bu bədxah məxluqun ətrafında olanların əksəriyyəti onun özü kimi xəstə təfəkkürə malikdir. Misal kimi Seymur Həzi, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu və digərləri paylaşdıqları statuslarında yazırlar ki, “Zəngəzur dəhlizi nə zaman açılacaq”, “Rus sülhməramlılara nə zaman Qarabağdan çıxacaq”, “Güney Azərbaycana nə vaxt sahib olacağıq” və bu kimi hazırkı mərhələdə müzakirəsinə zərurət olmayan fikirlər səsləndirirlər. AXCP sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə paylaşımında yazır: “Xankəndidə dövlət bayrağımızın dalğalanması bizim üçün qürurvericidir, mühüm hadisədir, ancaq o bayrağın dalğalandığı şəhərdə bu gün rus əsgərləri varsa, o yabançı əsgərləri orada saxlamaq üçün Azərbaycan hakimiyyəti də Moskva ilə bərabər bəhanələr uydurursa, biz buna qarşıyıq və bu hakimiyyətdən fərqli olaraq ərazimizdə rus ordusunu görmək istəmirik.Rus ordusu Xankəndində qaldıqca Rusiyanın imperiya caynaqları yurdumuzun yaxasındadır demək. Ona görə də bu gün Xankəndidə bayrağımızın dalğalanması fonunda Azərbaycanın taleyindəki işğal və parçalanmaların əsas səbəbkarı olan Rusiya imperiyasına sığınan milli ola bilməz.Bizim üçün son rus əsgəri Qarabağı tərk edənə qədər bu problem bitmiş deyil”.

Söz yox ki, rus sülhməramlıları da bölgəni tərk edəcəklər, bu, qaçılmazdır. Görən bundan sonra dağıdıcı müxalifət nə danışacaq, nələri müzakirə edəcəklər? Hakimiyyətə minnətdarlıq edib, Yenilməz Sərkərdə, Prezidentimiz İlham Əliyevdən üzr istəyəcəklərmi? Xalqın sevincli günlərində xalqla bir yerdə olmadıqlarına görə peşman olduqlarını dilə gətirəcəklərmi? Yenə də yuxarıda qeyd etdiyim fikirləri qeyd edirəm: Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu və digərləri heç zaman düzəlməzlər, islah olunmaları da mümkünsüzdür. Məğlubiyyətlərini və səhvlərini etiraf etmək mədəniyyətinə də malik deyillər. Ona görə də, rus sülhməramlıları Qarabağı tərk etdikdən sonra daha bir cəfəng, mənasız fikirlərlə dövriyyəyə daxil olacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə