Böyük yolun uğurlu davamı 20 il

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının qərargahında Cənab Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ilinə həsr olunmuş BÖYÜK YOLUN UĞURLU DAVAMI 20 İL mövzusunda konfrans keçirildi.

Əvvəlcə Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəыштш bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirdi ki, Cənab Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 20 il ötür.

Prezident İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində xalqın səsinin mütləq əksəriyyətini qazanaraq keçirilmiş seçkilərdə yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmin tarixdən etibarən, öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sülhün və sabitliyin qorunmasına vermişdir. Cənab Prezident dövlətimizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Ölkə başçısının uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, dövlətin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi. İşğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 - cü il tarixdə başlanan və cəmi 23 saat 43 dəqiqəlik lokal antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi, dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Cənab Prezident tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi. 3 rəngli Bayrağımız bütün ərazilərmizdə dalğalandı.

Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İçtimai Şuranın sədri Xatirə İsmayılova bildirib ki, Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda Zəfər salnaməsi - parlaq səhifəsidir. Bu Zəfər Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Bu Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış “dəmir yumruq” kimi möhkəm xalq-iqtidar birliyinin uğurudur, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək, işğaldan azad olunmuş torpaqlarımız çiçəklənəcək. Sonda oğlu şəhid Elçinlə bağlı xatirələrindən söz açmışdır.
Sonra BMU-nin prorektoru Bayram Hüseynzadə vurğuladı kı, 2003- 2023-cü ildə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb. Bu uğurlar bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Ulu Öndərin başladığı və hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının suveren seçimidir.

Sonda Konfrans iştirakçıları ilə xatirə şəkili çəkilmişdir

Bütün xəbərlər Facebook səhifəmizdə