Şimali Kiprdə Azərbaycan evi açılacaq

Şimali Kiprdə Azərbaycan evi açılacaq

"Bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan evi açılacaq". SİA-nın xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Şimali Kiprdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək. Dahi liderin həyat yolu və mübarizəsindən bəhs edən toplantılar təşkil olunacaq", - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə