“İki gün əvvəl gəldiyimiz Bakıda böyük qonaqpərvərliklə qarşılandıq”. SİA xəbər verir ki, bu sözləri Bakıda media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar deyib.
Erkin Tatar sözlərinə belə davam edib: “Biz eyni millətin övladlarıyıq. Hər zaman yanımızda olan qardaş ölkə Azərbaycan xalqına və Türkiyəyə sevgilərimizi bildirirəm.
Bura gəlmədən əvvəl cənab Prezident İlham Əliyevlə görüşümüz baş tutdu. Çox müsbət bir görüşmə keçdi. Cənab İlham Əliyev bizə daim dəstək olduğunu bildirdi. Mən ona “Tək millət üç dövlət” ifadəsini istifadə etdim”. Bundan sonra aramızdakı münasibətlərin turizm, təhsil və digər sahələrdə daha da güclənməsi üçün cənab İlham Əliyevin təlimatlarını dinlədim”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB