“Fransanın bütün iddiaları əsassızdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Fransa dövlətinin ali siyasi rəhbərliyi Azərbaycan əleyhinə fəaliyyətini genişləndirməkdə, intensivləşdirməkdə və radikalkaşdırmaqdadır. Eyni zamanda nə qədər paradoksal səslənsə də Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində iştirak etmək istəyir. Bu prosesə qatılmaq istəyir. Axı, qərəzli mövqedə olan, gecə-gündüz anti Azərbaycan fəaliyyətlə məşğul olan, Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq istəyən bir dövlət hansı vasitəçilik roluna malik ola bilər?! Azərbaycan bu vasitəçiliyi rədd edir və təsadüfi deyildir ki İspaniyanın Qranada şəhərində keçirilən məlum tədbirlərdə məhz Fransanın anti- Azərbaycan mövqeyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev qatılmadı, çünki o tədbirdən Fransa prezidenti Emmanuel Makron da iştirak edəcəkdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Makron məcazi mənada desək, sanki danışıqlar prosesinə qapıdan deyil, pəncərədən daxil olmaq istəyir: “Çünki qapıdan onun bu prosesə daxil olması qeyri-mümkündür. Məsuliyyət də məhz Fransanın öz üzərinə düşür. Çünki bu ölkənin bütün qurumları Azərbaycan əleyhinə fəaliyyətlə və dezinformasiya yaymaqla məşğuldur, BMT təhlükəsizlik şurasının anti Azərbaycan qətnamə lahiyələrinin müəllifliyi ilə məşhurdur”.
Deputat sözlərinə belə davam edib: “İndi də Fransanın təşəbbüsü ilə bir qrup dövlət cari ilin oktyabr ayının 11-də BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycan əleyhinə birgə bəyanat qəbul ediblər. Bundan bir qədər öncə oktyabr ayının 5-də Avropa parlamentinin anti-Azərbaycan qətnamə qəbul etməsinin də əsas müəllifi məhz Fransa, fransalı deputatlar olmuşdur. Ona görə də hesab etmək olar ki, Fransanın bütün bu cəhdlərinin heç bir gücü və potensialı olmayacaq. Fransanın bu haqqında bəhs edilən bəyanatda da Azərbaycan əleyhinə səsləndirdiyi mövqe əsassızdır. Bütün iddialar əsassızdır, böhtan xarakterlidir və hesab edirəm ki, ermənilərin Qarabağdan köçməsinin təzyiq və Azərbaycan təhdidləri altında baş verməsi ilə bağlı Ermənistan iddiaları yalan və iftiradan başqa bir şey deyil. Təkzib edilən münasibətlər, arqumentlər, audio və video görüntülər Fransanın nə qədər dezinformasiya yaydığını təsdiq edir. Belə bir dövlətin sülh prosesinə töhfə vermək niyyəti absurddur. Azərbaycan bütün platformalarda Fransanın bu niyyəti əleyhinə sədd yaradacaq. İndiki halda da Fransanın ümumiyyətlə sülh prosesində iştirakının heç bir perspektivi ola bilməz”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB