Avropa İttifaqının Bakıya qarşı hansısa sanksiyalar tətbiq edəcəyinə guya ümid etdiklərini göstərib bununla da hiyləgərlik edənlər əslində, özlərini aldatmış olurlar. Ermənistanın da, bu ölkənin havadarlarının da sanksiyalara ümid etməsi yanlışlıqdır və sözdə deyilsə də çətin ki, buna inanan ola. Əvvəla, hamı bilir ki, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsplərini pozmayıb və öz toxunulmaz suverenlik hüququndan istifadə edərək, ərazilərində antiterror tədbirləri keçirib və bu da təhlükəsizliyin, ərazi bütövlüyünün təminatına hesablandığı üçün tam qanunauyğundur. Digər tərəfdən də, Azərbaycan Avropa İttifaqı üçün maraqlı tərəfdir və bütün bunlar nəzərə alınaraq rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsi mümkünsüzdür, hansı ki, hər kəs bunu yaxşı bilir.
Brüssel Azərbaycan qazını Rusiya qazına alternativ hesab edir və bu baxımdan Avropa İttifaqının ölkəmiz əleyhinə, özü də əsassız şəkildə hansısa sanksiya tətbiqi barədə qərar qəbul etməsi belə məntiqi deyil və bunu gözləmək yanlışlıq sayılır. Təsadüfi deyil ki, təkcə Ermənistanda yaşayan ermənilər deyil, Avropa İttifaqının özündə də ermənipərəst şəxslər, siyasətçilər Bakıya qarşı sanksiyaların tətbiqinə əsas maneə kimi Avropa İttifaqının Azərbaycanın enerji resurslarından asılılığını göstərirlər. Elə bu səbəbdən də ermənilər özləri də bilməlidirlər ki, buna ümid etmələri tamamilə yersizdir. Deməli, bu barədə hansısa məntiqsiz olaraq spekulyasiyalara yol verilməsi, hansısa iddialar səsləndirilməsi sadəcə olaraq, blefdir.
Sanksiyalar barədə müzakirələr etmək, gündəm yaratmaq əslində hiylədir. Bu, Ermənistanın, ermənilərin və ermənipərəstlərin hiyləsidir. Bir halda ki, istənilən sanksiyanın tətbiqi beynəlxalq hüquqla əsaslandırılmalıdır və belə bir əsaslandırma mümkün deyil, deməli, bu barədə danışanlar belə hiyləgərlik edirlər və tamamilə başqa məqsədləri var. Çünki beynəlxalq hüquqla əsaslandırılması mümkün olmayan bir məsələ ətrafında aparılan müzakirələr tamamilə başqa məqsədlər üçündür. Azərbaycan beynəlxalq hüquqa zidd heç bir hərəkətə yol verməyib və belə olan halda hansı sansiyadan söhbət gedə bilər? Sözsüz ki, mövcud, real vəziyyətin fonunda Azərbaycana qarşı heç bir sanksiyadan söhbət getməməlirir və əgər söhbət gedirsə, deməli, bu hiylədən istifadə edilməsi nəyəsə hesablanıb və çox güman ki, Azərbaycanı öz qətiyyətli mövqeyindən geri çəkindirmək ön planda durur. Deməli, hiyləyə əl atılır, hiyləgərlik edilir və bununla nəyə isə nail olunacağı barədə hayların öz utopiya ənənələrinə uyğun şəkildə xəyal qurulur.
Xatırladaq ki, ermənidən betər erməni kimi özünü aparan Fransa prezidenti belə üstüörtülü şəkildə sanksiyalar barədə qərar verilməsinin mümkünsüzlüyünü etiraf edib və sansiya tətbiqinin mümkün olmamasını məhz Azərbaycanın öz ərazisində qanuni hərəkətlər etməsi ilə izah edib. Çünki Emmanuel Makron özü hamıdan yaxşı bilir ki, Azərbaycan öz ərazisində öz suverenliyini bərpa edib, qeyri-qanuni, qanunsuz heç nə etməyib. Onu da yaxşı bilir ki, öz suverenliyini bərpa edən Azərbaycan nə beynəlxalq hüquqa zidd hərəkətlərə yol verməyib, nə müharibə çinayətləri törətməyib, nə də qeyri-humanist addımlar atmayıb. Bilir ki, Azərbaycan humanizm prinsplərinə sadiqlik nümayiş etdirib, 44 günlük müharibə dönəmində də, anti-terror tədbirlərini həyata keçirəndə də, Gəncəni, Bərdəni, Mingəçeviri hədəfə alaraq, həmin şəhərlərə qadağan olunmuş raketlər atan Ermənistan tərəfindən fərqli olaraq, dinc sakinləri hədəfə almayıb. Bunu bilə-bilə hansısa sanksiyanın tətbiqi barədə Avropa Parlamentinin məlum qətnaməni qəbul etməsi onun özü tərəfindən də müzakirə mövzusuna çevrilirsə, deməli, ermənipərəst Fransa lideri özü də ermənilərin hiyləsində iştirak etməyi, hətta alət olmağı belə özünə rəva bilir. Amma onu bilmək və dərk etmək istəmir ki, belə hiylələrlə, hansısa blef etməklə Azərbaycanı öz haqq yolundan çəkindirmək, iradəsini sındırmaq, geri çəkilməyə məcbur etmək mümkün deyil, halbuki, o bunu bilməli idi. Ona görə bilməli idi ki, Fransa prezidenti nə 44 günlük müharibə dönəmində, nə post müharibə dövründə, nə də antiterror tədbirləri həyata keçirilən zaman Azərbaycanı öz haqq yolundan çəkindirməyə, geri çəkilməyə məcbur etməyin heç bir nəticə vermədiyini görmüşdü. Görmüşdü və şahidi olmuşdu ki, rəsmi Bakının iradəsinə qarşı gəlmək heç bir nəticə vermir və Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti qarşısında istənilən qüvvə acizdir, istənilən hiylə və blef təsirsizdir. Əgər Makron bütün bunların şahididirsə, eyni zamanda, hansısa sanksiyanın tətbiq ediləcəyinə də inanmırsa, o zaman onun əl atdığı hiylə nəyə hesablanıb?
BMT missiyasının və ABŞ Dövlət Departamenti nümayəndəsinin Qarabağ ermənilərinə qarşı heç bir qondarma “etnik təmizləmə” faktlarının olmaması ilə bağlı bəyanatlarından özlərinə hələ gələ bilməyən ermənilər Avropa Parlamentinin qətnaməsi ilə guya təskinlik tapmaq istəyirdilər. Amma Avropa Parlamentinin ermənilər üçün guya “tarixi” sayılan qətnaməsindən heç nə əldə edə bilməyəcəklərini anlamaq məcburiyyətində qaldıqları zaman təskinlikləri belə qalmadı. Hansısa sanksiyalarla guya Azərbaycanın təhlükə ilə üzləşəcəyini göstərmək istəyənlər ən böyük havadar hesab etdikləri Makronun fikirlərindən sonra bunun da mənasız olduğunu anlamalı oldular. “İndi sanksiyaların vaxtı deyil. Onlar əks-məhsuldar olacaq və Ermənistan ərazisinin və əhalisinin ən yaxşı şəkildə müdafiəsinə mane olacaqlar”, deyən Fransa prezidenti Makron erməniləri bərk məyus etmiş oldu. Çünki son ümidləri də puç oldu. Ona görə puç oldu ki, ermənilər özlərinə ən böyük havadar hesab etdikləri Fransa liderinin də buna, yəni sanksiyalara ümid etmədiyini gördülər. Yəni, ermənilər şahidi oldular ki, özlərinə arxa bildikləri Makron özü də bu zamana qədər blef edirmiş, amma onun etdiyi bütövlükdə erməni cəmiyyətinin etdiyindən daha müəmmalı imiş. Maraqlıdır, indi sanksiyaların vaxtı olmadığı, bu sanksiyaların əks-məhsuldar olacağı, hətta Ermənistan ərazisinin və əhalisinin ən yaxşı şəkildə müdafiəsinə mane olacağı qənaətində olan Makron bəs özü hansı hiyləyə əl atıb və onun hiyləgərliyi nəyə hesablanıb? Əlbəttə ki, Fransa prezidenti də öz hayındadır və onun hiyləgər oyunları da öz maraqlarına xidmət edirmiş, hansı ki, bunu ermənilərin gec də olsa başa düşməsi onlar üçün olduqca vacibdir. Gec də olsa ermənilər anlamalıdırlar ki, Makron sadəcə olaraq özünü qorumaq üçün Fransada yaşayan və seçkilər zamanı kifayət qədər səs potensialı olan erməni əsilli kontingentə özünü göstərmək üçün ermənipərəstlik edir. Deməli, Fransa prezidenti də blef edir və həm də onun etdiyi hiyləgərlik daha böyük miqyasda və daha böyük coğrafiyadadır.
Hadisələrin gedişi göstərir ki, ermənilər öz məğlubiyyətlərini həzm etməkdənsə, razılığa gəlməkdənsə, sülhə razı olmaqdansa, beynəlxalq ictimaiyyətə müraciət edib kimləri isə aldadaraq hiyləgərlik etməyi üstün hesab edirlər. Öz xislətlərinə uyğun olaraq, hələ də blef etməklə bütün dünyanı çaşdırmaq, hansısa qüvvələri Azərbaycana qarşı qoymaq, rəsmi Bakını öz qətiyyətli mövqeyindən çəkindirmək və məkrli niyyətlərini reallaşdırmaq erməni cəmiyyəti üçün sanki dəyişilməz tendensiya hesab olunur. Amma indi artıq həmin o erməni cəmiyyəti görməli və əmin olmalıdır ki, buna inanmaq, ümid etmək ağılsızlıq, axmaqlıqdır. Hətta arzuladıqları sanksiya barədə Avropa Parlamentinin qətnaməsinin belə işə yaramadığını görmək belə qənaətə gəlməyə əsas verir. Üstəlik, Azərbaycanın belə bir niyyətə düşməsi, hayların bu zamana qədər törətdikləri saysız-hesabsız cinayətlərə görə sanksiya tətbiqini tələb etməsi Ermənistan üçün fəlakət ola biləcəyini indidən dərk etmələri onlar üçün daha xeyirli olardı. Çünki rəsmi Bakı Ermənistanın törətdiyi əməllərə, müharibə cinayətlərinə görə sanksiya tətbiqi barədə müraciət etdiyi zaman beynəlxalq təşkilatlar bunun əsassız olduğu qənaətində ola bilməzlər. İstər ötən əsrin sonlarında törətdikləri soyqırımlar, etnik təmizləmə siyasəti yürütmələri, istər işğal dövründə əsirlərə qarşı vəhşiliklər, istərsə də 44 günlük müharibə dönəmində əl atdıqları cinayətlər yetərlidir ki, onlar barəsində sanksiyalar tətbiq olunsun. Təkcə mina terroruna görə Ermənistana sanksiya tətbiq edilməsi mümkündür. Hələ də ermənilərin basdırdığı minaların dinc sakinlər qurbanına çevrilirlər və Ermənistan həmin minaların tam olaraq xəritələrini vermir və verdikləri xəritələr də həqiqəti əks etdirmir. Bax elə bu faktın özü sanksiya tətbiqi üçün yetərli sayıla bilər. Məsələ burasındadır ki, Ermənistan özü qanunsuzluğa, cinayətkarlığa yol verdiyi halda, beynəlxalq hüququ və normaları tapdalayaraq qeyri-humanist hərəkətlərə yol verdiyi halda, qarşı tərəfə, Azərbaycan tərəfinə qarşı sanksiyalar tətbiq edilməsi iddiası ilə çıxış edir. Bununla sözsüz ki, bir neçə istiqamətdə yenə də blef edir və ən azından özünün deyil, qarşı tərəfin günahkar olması görüntüsünü yaratmaq fikrindədir. Amma bunun heç bir mənası yoxdur, çünki dünya ictimaiyyəti hər şeyi, bütün reallıqları artıq görür və kimin necə olduğunun fərqindədir. Ələlxüsus da, ermənilərin 30 il işğal altında saxlayaraq viran qoyduqları, xarabalıqlara çevirdikləri əraziləri Azərbaycanın ən qısa zamanda abadlaşdırması göz önündədir. Göz önündədir ki, ən qısa zaman kəsiyində Azərbaycan böyük, nəhəng layihələri reallaşdırıb. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsi, yolların salınması, hətta beynəlxalq hava limanlarının belə istifadəyə verilməsi, məktəb, bağça, xəstəxaların tikilib istifadəyə verilməsi, müxtəlif təyinatlı obyektlərin, eləcə də yaşayış binalarının, şəxsi evlərin belə artıq vətəndaşların ixtiyarına verilməsi ən qısa zamanda görülən işlərdəndir və hər kəs bunun şahididir. Bunun BMT missiyası heyəti də şahidi olub, Qarabağa gələn hər kəs də. Deməli, ermənilərin, eləcə də ermənipərəstlərin hiyləgər oyunlarının heç bir mənası yoxdur, göz önündə olan reallıqlar qarşısında hər biri acızdir və etdikləri blef də faydasızdır, hansıki hər dəfə olduğu kimi, yekunda özlərinin faciəsi bahasına onlara başa gəlmiş olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB