“Dağıdıcı müxtəlifət öz xislətlərindən irəli gələn addımlar atır” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“İkinci Qarabağ savaşından ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərimizdə geniş abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Belə ki, kommunikasiya xətləri yenidən qurulur, infrastruktur yenilənir, işğaldan azad olunmuş kənd və şəhərlərimizi yollar çəkilir”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, 30 il ərzində öz dədə-baba yurdlarından didərgin salınmış və geri qayıtmağı gözləyən insanlar üçün yeni evlər tikilir: “Yaşayış yeri ilə yanaşı eyni zamanda, təhsil müəssisələri, müxtəlif mülki və digər təyinatlı obyektlər inşa olunur. Olduqca qısa zaman kəsiyində Zəngilanda eləcə də, Füzulidə beynəlxalq əhəmiyyətli hava limanları istifadəyə verilib. Bir sözlə, Qarabağ yenidən qurulur. Bunun üçün də Azərbaycan dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaiti ayrılır, eyni zamanda, bölgəyə investisiyalar cəlb olunur. Təəssüflər özünü radikal müxalifət elan edən bəzi "siyasilər" Qarabağda bütün bu görülən işləri görməzdən gəlirlər. Eyni zamanda, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması məsələsinə öz prizmaparından və baxış bucaqlarıdan yanaşırlar. Yəni bunu adi bir hadisə kimi qələmə verməyə çalışırlar. Hətta zamanında həmin ərazilərə səfərlər edilərək həmin səfərlərdən imtina etmiş bu adamlar digər siyasilərə, rəqiblərinə müxtəlif epitetlər yapışdırmağa çalışırlar. Bu onların tamamilə vətənpərvərlik hissindən uzaq olmasından xəbər verən bir amil idi. Çünki uzun illər ərzində işğal altında olan əraziləri gedib görmək həvəsində olan insanların bu cür səfərlərdən imtina etməsi əslində onların tamamilə vətənpərvərlikdən uzaq olması, yalnız siyasi konyuktura ilə yaşaması, öz siyasi ambisiyalarını hər şeydən üstün tutması deməkdi ki, bu da heç bir halda həmin "siyasilərə" uğur gətirmir”.
A.Əlizadə onu da bildirib ki, Azərbaycan sözün həqiqi mənasında qısa müddət ərzində Qarabağda çox böyük işlər görür: “Bu gün Azərbaycan Qarabağı tam olaraq öz nəzarətinə götürüb, separatçılığa, terrorçuluğa, digər mənfi hallara tam olaraq, son verilibdir. Eyni zamanda, bərpa-quruculuq işlərinin sürətlə aparılması Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha sübut etməklə yanaşı bütün dünyaya göstəririk ki, bu torpaqların sahibləri bizik və biz bu torpaqları yenidən ən müasir standartlara uyğun yaşayış məskənlərinə çevirəcəyik. Bütün bu proseslərdən özlərini kənarda saxlamaqla və bütün aparılan bu işləri qaralamaqla əslində özlərini müxalifətçi elan etmiş bu adamlar öz xislətlərindən irəli gələn addımlar atmaqdadır və bu ancaq təəssüfedici bir haldır. Heç bir halda qəbul edilə bilməz və heç bir siyasiyə baş ucalığı gətirməyən haldır. Təəssüflə olsun ki, bu adamlar təhqir mövqeyi tuturlar, daha çox düşmən dəyirmanına su tökməklə məşğul olurlar. Əllərinin bir sıra Qərb dairələrinin ciblərində olduğunu, Qərb dairələrinin sifarişlərini yerinə yetirdiklərini nümayiş etdirilər. Bütün görülən işlərə kölgə salmaqla əslində heç də özlərinin xoşniyyətli olmadıqlarını bir daha sübut ediblər. Bu cür mövqe sərgiləmək heç bir siyasiyə uğur gətirmir və Azərbaycan xalqı artıq bunların kim olduğunu və hansı mənsəbə qulluq etdiyini çox yaxşı bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB