“44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri müxtəlif vaxtlarda raket atəşləri ilə bombalamışdır. Ən ağır bombalanma 11-17 oktyabrda baş vermişdir. Belə ki,11 oktyabrda baş vermiş raket atrəşi nəticəsində 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir: “Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Şəhid olmuş və xəsarət alanların arasında azyaşlı uşaqlar da olmuşdur. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Müharibə bölgəsindən 100 kilometrdən çox uzaqda yerləşən dinc insanların yaydığı bir şəhərin qadağan olunmuş raketlərlə atəşə tutması beynəlxalq konvensiyalarının ciddi şəkildə pozulması və hərbi cinayətdir. Hətta keçmiş qondarma qurumun başçısı Arayik Arutunyan Gəncə şəhərinin raket atəşinə tutulmasından qürurlanaraq şəxsən əmir verdiyini video formatda açıq şəkildə bildiərərək bu, Azərbaycana xəbərdarlıq olduğunu bildirmişdi. Azərbaycan dövləti və hərbi prokrurluq orqanları separatçıların və Ermənistanın insanlığa qarşı törədilmiş bütün soyqırımları, hərbi cinyətləri araşdırır və bu cinayət hadisələrin təşkilatçıları barəsində cinayət içləri açılaraq onlar barəsində həbs qərararları çıxardılaraq beynəlxalq axtarışa verilmişdir. Azərbaycan suverənlik hüququnu tam şəkildə bərpa etdiyindən sonra ərazilərimizdə qalan cinyətkarları yaxalayır və həbs edir. Belə ki, Artur Arutunyan, Vitali Babayan, Arkadi Qaquksyan və digərləri həbs olunaraq barələrində istintaq tədbirləri keçirilir və onların törətdikləri hərbi cinayətlərin əhatə dairəsi müəyyən olunur. Çox təəssüf ki, bu hərbi cinayətlərdə əli olan bir neçə nəfər qaçaraq öz canlarını cəzadan qurtara bilmişdir. Amma bunun müvəqqəti olduğunu hesab edirəm və zaman gəldikcə azərbaycanlıların qanına əli bulaşmış bütün cinayətkarlar qanunlarımız qarşısında cavab verməli olacaqlar. Cinayət cəzasız qalmır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB