İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

Ölkəsinə göstərdiyi dəstəyə görə...
İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

Azərbaycandakı bacı və qardaşlarımızın dəstək mesajları bizi heyrətə gətirdi.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik mətbuata açıqlamasında bildirib.

“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır. İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!”, - deyə diplomat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə