“Səfər zamanı mühüm strateji əhəmiyyətli razılaşmalar əldə edildi” - DEPUTAT ŞƏRH ETDİ
“Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq münasibətləridir və hazırda bu münasibətlər dinamik şəkildə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Gürcüstana sonuncu səfərində də hər iki dövlətin maraqlarının yeni tarixi mərhələdə realizə olunması üçün mühüm strateji əhəmiyyətli razılaşmalar əldə edildi: “Bunlardan biri Qara dənizdə yeni liman tikintisi ilə əlaqədar olaraq Azərbaycanın bu limandan istifadə etmək imkanları idisə, digəri şübhəsiz ki, XIX əsrin yeni müqaviləsi kimi adlandıra biləcəyimiz "Yaşıl dəhliz" müqaviləsi ilə bağlı hər iki ölkənin ortaq iradə ortaya qoyması oldu. Hazırda Azərbaycanın çox mühüm yaşıl enerji istehsal etmək potensialı var. Bununla əlaqədar bir sıra Şərqi Avropa ölkələrindən müqavilələr imzalanıb. Bu yaşıl dəhliz isə Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Şərqi Avropa ölkələrinə çatdırılacaq mühüm enerji kommunikasiyasını özündə əks etdirir.
Yeni çəkilən Bakı-Tblisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların artırılması və intensivliyinin artırılmasının təmin edilməsi məsələsi ilə bağlı da mühüm müzakirələr edildi. Eyni zamanda Gürcüstan və Azərbaycan arasında ikitərəfli təhlükəsizlik məsələsi də müzakirə obyektləri sırasında idi.
Ən vacib məsələlərdən biri isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstanda üç Cənubi Qafqaz ölkəsinin birgə dialoq platformasını yaratmaqla bağlı səsləndirdiyi fikirlərdir. Azərbaycan Prezidenti həm də Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün də ən yaxşı platforma kimi Qafqaz üçlüyü platformasını göstərdi. Yəni Gürcüstanın vasitəçiliyi ilə Gürcüstanda Ermənistan-Azərbaycan arasında sülhü əldə etməyin mümkünlüyünü dilə gətirdi və bunun üçün artıq məqamın yetişdiyini bildirdi.
Azərbaycan Prezidentinin Gürcüstan səfəri mühüm gündəm ilə aktual idi. Düşünürəm ki, bu Azərbaycanın Gürcüstana və bütövlükdə Cənubi Qafqazın rifahına xidmət edəcək yaxşı perspektivlər yaratdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB