“Hamı vahid mövqedən çıxış etməyi bacarmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hamı vahid mövqedən çıxış etməyi bacarmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hesab edirəm ki, bu cür açıqlamaların verilməsi düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov AXCP sədrinin müavini Ayaz Məhərrəmlinin “Diplomatiyadakı uğursuzluqlarının səbəbi, xaricdən gələn tənqidi səsləri susdurmaq cəhdləridir” fikrinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycan qalib xalqdır və qələbəmizin təmin olunması üçün dövlətimiz böyük səy göstərir: “Belə məsələlərə qeyri-ciddi yanaşmağın özü bir insanın hansı düşüncə və mədəniyyət sahibi olduğunu göstərir. Bu məsələləri bir-biri ilə əlaqələndirmək də kökündən yanlışdır”.

Ceyhun Məmmədov sözlərinə belə davam edib: “Bu gün birlik və həmrəylik olmalıdır. Hamı vahid mövqedən çıxış etməyi bacarmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə