“Hadrutun azad edilməsi böyük bir qələbə idi” HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Hadrutun işğaldan azad edilməsi Vətən müharibəsinin ən önəmli hadisələrindən biri idi”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur: “Bu, çox böyük bir qələbə idi. Bizim xüsusi təyinatlıların keçirdiyi əməliyyatdan biri də Hadrut əməliyyatı idi. Hadrut coğrafi mövqeyinə görə strateji nöqtədə yerləşir. Məhz Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval-ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı. Eşq olsun Azərbaycan Prezidentinə, xalqına və əsgərinə. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə uzun ömür, cansağlığı versin. Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB