Bu gün dövlətimizin başçısı İlham Əliyevin 4-cü dəfə Prezident seçildiyi gündür
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm"
Demokratik dəyərlərə sadiqliyi ilə seçilən ölkəmizdə demokratik seçki keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının olması və seçkilərin demokratik prinsiplər əsas tutaraq seçkilərin nəticələri xalqın iradəsini özündə əks etdirir. Bu baxımdan 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində Azərbaycan xalqı sabitlyə və dinamik inkişafa səs verərək qarşıdakı beş ildə ölkənin taleyini kimə etibar edəcəyini müəyyənləşdirdi. Həmişə olduğu kimi, yüksək əhval-ruhiyədə keçən prezident seçkisi geniş Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq təşkilatların, həmçinin çox nüfuzlu qurumların müşahidəçilərinin, dünyaca şöhrətli ictimai-siyasi xadimlərin nəzarəti altında baş tutdu. Və seçicilər heç bir maneə və təzyiqlə üzləşmədən öz iradələrini sərbəst şəkildə ifadə etdilər və demokratik, şəffaf keçirilən seçkilərdə Azərbaycanın demokratik proseslərin inkişafına sadiqliyi bir daha nümayiş olundu. Cənab İlham Əliyev bu seçkilərdə xalqın böyük etimadını qazanaraq parlaq qələbə qazandı.
Həm yerli, həm də beynəlxalq müşahidəçilərin rəylərində, habelə keçirilmiş “exit-poll”ların nəticələrində bildirilir ki, seçkilər insanların yüksək fəallığı, mütəşəkkil şəraitidə keçmişdir. Səsvermənin nəticələri də təsdiqləyir ki, budəfəki seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etmişdir. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə çox zəruri siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər.
2013-CÜ İLİN PREZİDENT SEÇKİLƏRİ AZƏRBAYCANDA DEMOKRATİYA QURUCULUĞU YOLUNDA İRƏLİYƏ DOĞRU BÖYÜK ADDIM OLUB
Bəli, bu qələbənin kökündə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. İnsanlar yerlərdə səs verərkən başa düşürdülər ki, ölkənin gələcəyi, sosial-iqtisadi islahatların sonrakı gedişi, nəhayət bütün dünyada narahatlıq doğuran reallıqlar fonunda Azərbaycan iqtidarının titanik səyləri nəticəsində əldə edilmiş sabitliyin və inkişafın taleyi ilk növbədə onlardan asılıdır. Və səsvermənin gedişini müşahidə edən, seçkilərdə iştirak edən hər kəs ölkənin siyasi və demokratik təsisatlarının, Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyəti strukturlarının seçkilərin ən yüksək standartlara uyğun olması üçün onlardan asılı olan bütün tədbirləri həyata keçirdiklərini yəqin etmək imkanına malik idi. Bu gün fərəhlə qeyd edə bilərik ki, şəffaflıq, demokratiyanın fundamental prinsiplərinə riayət edilməsi seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazım olan hər cür şərait yaratmışdır Seçicilərin fəallığı və səsvermənin nəticələri göstərdi ki, respublika vətəndaşlarının böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəkləyir. Və bu gün xalqımız, həmçinin bütün dünya görürü ki, son 20 illiy prezidentlik fəaliyyəti dövründə ölkəmizin fundamental sosial-iqtisadi uğurları Onun adı ilə ayrılmaz surətdə bağlıdır. Sevindirici haldır ki, Azərbaycanda vətəndaş fəallığı, optimal seçim etməklə yenilikləri düşünülmüş şəkildə dəstəkləyir və 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində də ümummilli liderin siyasi xəttinə sadiq olduğunu və bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə inandığını, güvəndiyini, etimad göstərdiyini, onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirdilər.
Və Azərbaycan xalqı üçüncü dəfə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Üçüncü dəfə seçilən Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində xalqa arxalandığını qeyd edərək bildirdi ki, «Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır, heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır».
Hesab edirik ki, bu tarixi fikir sözün həqiqi mənasında, Azərbaycanın tam müstəqil, heç kəsdən asılı olmayan bir dövlət olduğunu və bu gün müstəqil Azərbaycanın milli siyasi iradənin diktəsi ilə idarə olunduğunu sübut edən, göstərən ən bariz tezislərdən biridir.
Həmçinin, Prezident İlham Əliyev onu da vəd etdi ki, “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm”. Bu, Azərbaycan Prezidentinin öz xalqına minnətdarlığının ifadəsi, eyni zamanda, Onun iradəsinin gələcəkdə də təmsilçisi olması ilə bağlı xalqa verdiyi sözdür, lider-xalq, xalq-lider birliyinin ən bariz nümunələrindəndir. Çünki dövlət başçımızın hər fikrində istinad etdiyi nöqtə Azərbaycan xalqıdır, xalqın maraqlarıdır.
Bir sözlə, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev strategiyasını, onun diplomatiyasını, müəyyənləşdirdiyi siyasi kursu daha da möhkəmləndirdi, müasirləşdirdi, modernləşdirdi. Ümumilikdə, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycanın inkişaf və tərəqqi dövrüdür. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında sabaha, gələcəyə inam hissi dayanırdı. Dövlət başçısının tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı. Xalqın inamına arxalanaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərin rəşadəti ilə 30 illik Qarabağ həsrətinə cəmi 44 gündə möhtəşəm Zəfərlə tarix yazdı. Və Böük Qələbə Zəfərindən keçən 3 il ərzində Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, Qarabağı yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB