“Şərti olaraq adlandırsaq, Dünya Astronavtika Klubu müəyyən nailiyyətləri və yaxşı mənada iddiaları olan ölkələri birləşdirir. Təbii ki, Astronavtika klubuna bütün ölkələr üzv olmaq istəsələr də, hər ölkənin göstəriciləri buna uyğun gəlmir. Azərbaycanın artıq fəza dövləti olduğunu nəzərə alsaq, ölkəmizin bu istiqamətdə beynəlxalq inteqrasiyaya qoşulmaq üçün tutarlı əsasları var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın böyük texnoloji, maliyyə imkanları və dünyanın kosmos ölkələri ilə dərin əməkdaşlıqları var.
A.Quliyev bildirib ki, dünyada astronavtika problemləri ilə məşğul olan ölkələr Azərbaycanın imkanlarını bilirlər. Bu mənada 74-cü Astronavtika Konqresinin Bakıda keçirilməsi ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüsə onların müsbət reaksiya verməsi təqdirəlayiqdir. Konqresin Azərbaycanda keçirilməsi dövlətimizin astronavtika sahəsində gələcək imkanlarına dünyanın verdiyi qiymətdir. Bundan sonra da ölkəmizin bu istiqamətdəki fəaliyyəti daha da dərinləşəcək. Eyni zamanda Bakının bu konqresə ev sahibliyi etməsi gələcək əməkdaşlıqlar üçün perspektivlər açır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB