Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində Avropa İttifaqı, Almaniya və Fransa ilə görüş zamanı Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazisini 86,6 min kvadratmetr kimi tanıyaraq bəyannamə imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
“Tərəflər Ermənistan (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Bu, artıq Avropa Şurasının prezidenti Çarlz Mişelin 2023-cü il 14 və 15 may tarixli bəyanatlarında qeyd olunub”, - sənəddə deyilir.
Avropa Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı oktyabrın sonunda Brüsselə görüşə dəvət edib. Agentlik bu barədə sammit çərçivəsində danışan diplomatik mənbəyə istinadən xəbər verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB