Fransanın alətinə çevrilən HAYLARIN XAM XƏYALLARI – TƏHLİL

Fransanın alətinə çevrilən HAYLARIN XAM XƏYALLARI – TƏHLİL

Azərbaycanın Qarabağ iqtisadi rayonundan ermənilər “köç” etməyə başlayandan dərhal sonra Fransanın Qarabağ ermənilərini qəbul edəcəyi, Marsel şəhərində məskunlaşdıracağı ilə bağlı sosial şəbəkələrin erməni seqmentində yazılara, fikirlərə, şayələrə rast gəlinirdi, amma bunun həqiqətə uyğun olmadığı, erməni xislətinə uyğun olaraq saxta məlumat olduğu ortaya çıxdı. Fransanın İrəvandakı səfiri Olivye Dekottini Fransanın Qarabağ ermənilərinə qucağını açmağa hazır olması ilə bağlı şayiələri qətiyyətlə rədd etdi. Diplomat bu barədə açıq şəkildə bildirməklə, söz-söhbətə son qoyacağını zənn etdi. Lakin görünür buna nail ola bilmədiyi üçün bərk yanıldı, çünki mənasız olsa da belə hələ də ermənilərin bununla bağlı ümidləri var imiş.

Ermənilərə məxsus bəzi mətbuat səhifələrində yayılıb ki, guya Marsel şəhərinin meri Benua Payan həmin şəhərin Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk etmiş erməniləri qəbul etməyə hazır olduğunu bildirib, baxmayaraq ki, bunu təsdiq edən nə bir video var, nə də səs yazısı. Görünür, arzuları, istəkləri ermənilərin başlarını o qədər havalandırıb, o qədər gicəlləndirib ki, bir Avropa ölkəsinin hansısa bir şəhərinin merinin yerinə fikir bildirməkdən, hətta onun belə bir qərar verdiyini ifadə etməkdən çəkinməyiblər. Həqiqətən də bu vəziyyət, yayılan şayələr çox, olduqca gülməlidir, amma etiraf edək ki, tamamilə yerinə düşür. Çünki özünü ermənilərə arxa, dayaq kimi göstərən, hətta ermənilər üçün Paşinyandan da artıq çalışdığını Makronun utanmadan söyləməsi dırnaqarası da olsa, “yazıq ermənilərdə” bir ümid yaradıb ki, yəqin fransız “bacıları” onlar üçün sığınacaq verəcəklər. Özünü ermənidən də betər erməni kimi aparan Makron isə özünü tamamilə eşitməməzliyə, görməməzliyə vurub. “Əgər təkcə bir erməni hücuma məruz qalırsa, deməli, bütövlükdə Fransa hücuma məruz qalmış olur”, deyən şəhər merinin də indi səsi çıxmır və onların hamısının yerinə Olivye Dekottini, yəni Fransanın İrəvandakı səfiri Fransanın Qarabağ ermənilərinə qucağını açmağa hazır olması ilə bağlı şayiələri, biz az daha açıq şəkildə desək, erməni arzularını heç yaxına da buraxmamaqla, bunu onların ürəklərində qoyur. Görünür, “bizim susmağa haqqımız yoxdur!”, deyərək, ötən ilin oktyabrında meriyanın binası üzərində Ermənistan bayrağını asmaqla öz “bacılarını” şəhərə buraxmaq tamamilə fərqli şeylər imiş və bu, elə saxtakarlıq, yalançılıq, ikiüzlülük baxımından elə iki bacının eyni xislətə sahib olmasının təsdiqidir.

Əlbəttə, etiraf edilməlidir ki, rəsmi Paris tam ermənipərəst mövqedən çıxış edir. Fransa hakimiyyətini haqq, ədalət qətiyyən maraqlandırmır və yalnız erməni maraqlarını nəzərə aldığı göz önündədir, baxmayaraq ki, hələ bir nəticə əldə edə bilməyib və ortaya qoyduğu bir şey də yoxdur. BMT Təhlükəsizlik Şurasında hansısa yolla Fransanın Azərbaycanı “cəzalandırmaq” cəhdi iki dəfə uğursuzluqla nəticələnib, amma buna baxmayaraq Paris hələ də əl çəkmək niyyətində görünmür. Bəli, ermənilərin Təhlükəsizlik Şurasına müraciəti fransızlar tərəfindən hər cür dəstək görüb, amma görünür bunun özünə də indi ermənilərin Marseldə məskunlaşmaq arzuları ilə tamamilə ayrı-ayrı şeylər kimi baxılır. Cənubi Qafqazda bir ölkənin erməniləri öz ərazilərində yerləşdirməsi, onların dövlət qurmalarına da mane olunmaması, qayğılarına belə qalınması tövsiyyəsi, hətta az qala tələbi ilə çıxış edən bir ölkə hakimiyyəti özünün bircə şəhərində “erməni arzularının” ürəklərində qalmaması üçün bircə addım belə atıb, bircə ermənini belə yerləşdirmək barədə qərar vermir, hətta özünü bilməməzliyə vurur, bu barədə düşünmək belə istəmir.

Bu yerdə çox maraqlı bir məqam barədə qeyd etməyin tamamilə yerinə düşəcəyinə əminik və bu əminliklə də xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibəsində Fransa hakimiyyətinə çox dəyərli bir məsləhət vermişdi və tövsiyyə etmişdi ki, əgər Fransa ermənilər üçün ikinci bir dövləti qurmaq istəyirsə, bu dövləti öz ərazilərində qura bilər. Ölkə rəhbərimiz öz müsahibəsində qeyd etmişdi ki, məsələn, çoxlu sayda ermənilərin yaşadığı Marsel ətrafında ermənilər üçün belə bir dövlət qura bilərlər və qoy onlar bu dövləti qursunlar, biz də həmin dövləti tanıyaq. Bəli, xam xəyallara düşən haylar görürlər ki, indi Fransa nəinki ermənilər üçün dövlət qurulması, heç onların məskunlaşması məsələsini belə düşünmür, hətta bir neçə erməninin Marsel şəhərində məskunlaşması şayəsinin belə yalan olduğunu dərhal bildirməklə, onları sadəcə olaraq özündən uzaqlaşdırır, köbud şəkildə desək, rədd edir. O zaman Fransa hakimiyyətinin Azərbaycandan istədiyi nə idi? İstəyirdi ki, onlara, ermənilərə Azərbaycan tərəfi öz ərazisində torpaq da bağışlasın, hələ üstəlik ikinci bir dövlət də qurub versin? Ölkəsinin bir şəhərində belə erməni “bacılarına” sığınacaq vermək istəməyənlərin mövqeləri də, məramları da bununla tam çılpaq şəkildə ortaya çıxır və kimlikləri bəlli olur.

Fransanın müdafiə naziri Sebastyan Lekornu elə hesab etmir ki, Paris hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya bilər və onun bu qənaətdə olması erməniləri başdan eləmək baxımından başadüşüləndir. Fransanın Ermənistandakı səfiri Olivye Dekottini də çox məharətlə, özü də çox “cəld” hərəkət etdi və kəskin şəkildə, birbaşa formada Parisin Qarabağ ermənilərini qəbul etməyə hazır olması barədə fikirləri dərhal təkzib etdi. Çəkinmədən, utanmadan, qızarmadan deyilənləri inkar elədi. Bəli, İrəvandakı Fransa səfiri də hayları başından elədi. Kəskin şəkildə “yox” deyilməklə, ermənilərə başa salınır ki, nə ərazi bütövlüyü, nə də Marsel, yaxud Lion şəhərlərində məskunlaşmaq barədə xəyallara belə dalmasınlar və onlar elə Ermənistanda məskunlaşmalı olacaqlar, problemlərini də özləri qarşılamalı, dərdlərini də özləri çəkməlidirlər. Bax, budur əsl həqiqət və əsl reallıq ondan ibarətdir ki, heç kim sonda ermənilərin yerinə çətinliyi, dərdi çəkən deyil. Pafoslu sozlər, haylar barədə fransız “bacılarının” fikirləri, bəyanatları da quru, boş sözlərdən başqa bir şey deyilmiş.

Ümumiyyətlə, haylara tarix boyu çoxlu sözlər, vədlər verildi, amma nə həmin sözlərin, nə də vədlərin reallığa çevrildiyinin şahidi olan olmadı. Bu günə qədər qızışdırılaraq qarşıdurmalara, müharibələrə sövq edilən ermənilər məğlubiyyətlə qarşılaşdıqları zaman, kimlərinsə təhriki ilə məskunlaşdıqları yurdun sahibinə qarşı etdikləri nankorluqlarının fonunda həmin ərazilərdə yaşamağa davam edə biləcəklərinə inanmayaraq köç etdikləri zaman onlara nə Marseldə, nə də Lionda məşkunlaşmaları üçün quruca təklif də edilmədi. Bu mövzuda danışılanları da təkzib etməklə, bildirildi ki, indi məskunlaşma problemi ilə qarşılaşan erməniləri Fransada, onun Marsel və Lion kimi şəhərlərində görmək istəmirlər. Deməli, ermənilər Fransaya elə Ermənistanda, Cənubi Qafqazda lazım imiş ki, hansısa məqsədlər üçün alət olaraq istifadə edilsinlər və onlara sadəcə olaraq, istifadə olunan alət kimi baxılır. Əslində, haylar bu qənaətə çoxdan gəlməli idilər və doğru, düzgün nəticələrini də çoxdan çıxarmalı idilər. Çoxdan nəticə çıxarmalı idilər ki, Fransanın vədləri ancaq quru, boş sözlərdən ibarətdir və bu ölkənin mahiyyəti haylara çoxdan bəlli olmalı idi. Bir zamanlar aldadılaraq, “Böyük Ermənistan” vəd edənlərin də kimlər olduğunu haylar hamıdan yaxşı bilirlər və 44 günlük müharibədə, eləcə də sonuncu antiterror tədbirlərində qarşılaşdıqları itgilərə, faciələrə kimlərin oyununa görə düşdüklərini də unutmamalıdırlar. Unutmamalıdırlar ki, ötən əsrin sonlarında onlar məhz Fransada qurulan oyunlarla alətə çevrildilər və indi özlərinə “bacı” hesab etdiklərinin, yenə də dəstəyinə ümid etdiklərinin oyunlarına yenə də alət olmağa könüllü şəkildə hazırdırlar. Yenə də haylar illüziyaların əsiri olaraq yaşamaq istəyirlər və görünür, hələ də nəticə çıxara bilməyiblər və xəstə təxəyyüllərinin öhdəsindən hələ də gələ bilmirlər. Doğrudur, belə bir məsəl var ki, zaman hər şey üçün dərmandır, hər şeyi, hər kəsi müalicə edir, amma görünür həmin o zaman hayları hələ də müalicə edə bilməyib ki, öz xəstə təxəyyüllərindən də, onları alət edərək xəstə təxəyyülə salanlardan da əl çəkə bilmirlər.

Heç şübhəsiz ki, zamanın da müalicə edə bilmədiyi hayların xəstə təxəyyüllərindən Fransanın mütəmadi olaraq məharətlə istifadə etməsi gözləniləndir. Əlbəttə ki, indi də Paris Şəhər Şurasının Qarabağ ermənilərinə Fransa paytaxtının simvolik fəxri vətəndaşlığının verilməsi ilə bağlı yekdilliklə qətnamə qəbul etməsindən ermənilər ruhlana, yenə də xam xəyallara düşə bilərlər. Amma haylar dərk etməlidirlər ki, onlara vətəndaşlıq verilmir, xam xəyallara düşmələri üçün də səbəb yoxdur. Dərk etməlidirlər ki, diqqət etməli açar söz burada “vətəndaşlıq” yox, məhz “simvolik” sözüdür. Yəni, Marsel, yaxud Lion şəhərlərində məskunlaşmağa icazə verməyən “bacıları” ermənilərə “vətəndaşlıq” deyil, “simvolika” verirlər və yenə də bununla başlarını aldadırlar. Əslində, hayları ələ salırlar və sırf onların xislətlərindən, torpaq, məskunlaşma, vətəndaşlıq barədə acgözlüklərindən istifadə edərək, onları ələ alırlar, əllərinə heç nə vermirlər. Eyni ilə Marsel, yaxud da Lion şəhərində sığınacaq vermədikləri kimi. Pafoslu sözlərlə erməni sevgisi sərgiləyənlər köç edənlərə Marsel barədə xam xəyallarına son qoymalı olduqlarını, onları heç kimin qəbul etməyə hazırlaşmadığını Ermənistandakı səfirin dili ilə çox kəsə, həm də kəskin şəkildə bildirirlər.

Əsl reallıq, çılpaq həqiqət budur ki, Fransanın ermənipərəstliyi bu ölkənin bölgədə, Cənubi Qafqazda qarşıdurmaların davam etməsi istəyi ilə bağlıdır. Ermənipərəst mövqeyindən çıxış edərək indi də Ermənistanı silahlandırmaqla məşğul olan Fransa bununla bölgədə gərginliyi saxlamaq, sülh prosesinə mane olmaq niyyətini gizlətmir. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında reallaşmalı olan sülh danışıqlarını pozmaq yönündə fəaliyyətindən qalmayan Fransa, Qarabağda erməni separaçılarına dəstək verməklə, Ermənistanı silahlandırmaqla beynəlxalq hüququn norma və prinsiplərini də kobud şəkildə pozur. Emmanuel Makron hökumətinin bölgədə sülh və sabitliyə qarşı açıq-aşkar şəkildə təhdid yaratmağa, maneçiliyə yönələn fəaliyyəti Cənubi Qafqazda nüfuz əldə etməyə, geosiyasi itgilərini bərpa etməyə hesablanıb və bu məsələdə ermənilər alət hesab olunur və alət olmağı haylar özləri də həvəslə qəbul edirlər.

Artıq bəllidir ki, çoxdandır Makron Fransadakı erməni diasporunun, erməni icmasının təsiri altındadır. Fransa liderinin həmin o erməni diasporunun, erməni lobbisinin maliyyəsindən faydalandığı da sirr deyil. Belə olan halda, Emmanuel Makronun özünü ermənidən də betər erməni kimi aparması, haylara özlərində də guya daha çox diqqətlə yanaşması, bir sözlə, əl-ayağa düşməsi başadüşüləndir. Xüsusən də, hazırda Fransanın ictimai-siyasi, milli böhran içində olduğu vaxt bu, daha yaxşı anlaşılandır. Bir Avropa ölkəsi olan Fransada idarəçilik zəifləyib, talanlar törədilir və xaos baş alıb gedir. Həmin o Avropa ölkəsi dediyimiz dövləti dünya ictimaiyyəti istismarçı dövlət olaraq tanıyır və belə də qəbul edirsə, Fransanın adına sülhyaratma, demokratiya anlayışı heç cür şamil oluna bilməz. Fransa hakimiyyəti tərəfindən bəyan edilənlərin dəyərinin nə qədər olduğu da, mahiyyəti də çoxdan bəllidir. Artıq daha yaxşı bəlli olmalıdır ki, ermənilərə çox sözlər, vədlər verən Fransa hakimiyyəti bir şəhərdə hayların məskunlaşmalarına görə daş atıb baş tutursa, deməli, fransız “bacıları” hayların əvəzinə nə döyüşməyəcəklər, nə yurdsuz qalanda onların necə məskunlaşmalarını heç veclərinə də almayacaqlar. Bir sözlə, Fransa haylara alət olaraq baxıb, indi də elə baxır və onların xam xəyalları tamamilə mənasızdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə