"Onların iyrənc istəkləri reallaşmayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Onların iyrənc istəkləri reallaşmayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransa Cənubi Qafqazda, xüsusilə, Azərbaycan Ermənistan qarşıdurması konteksində son dərəcə təhlükəli, lazımsız və pozucu fəaliyyətlər nümayiş etdirməklə bir daha göstərir ki, sülh məsələsi rəsmi Parisin gündəliyinə aid deyil. Əksinə Fransa dövləti çalışır ki, Qafqazda müharibə ruhu qüvvədə olsun və lazım gələrsə, Ermənistan Azərbaycana hücum etsin. Çünki açıq-aşkar bəlli olan odur ki, Fransanın rəsmi nümayəndələri bölgəyə gəlirlər və çalışırlar ki, Ermənistana öz iyrənc planlarını sırısınlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Fransa XİN rəhbəri artıq təhdid edir ki, Ermənistanla hərbi saziş imzalansın, yeni planlar nəzərdən keçirilsin və külli miqdarda silah-sursat Ermənistana verilsin: "Post-müharibə reallığında belə gedişlər ondan xəbər verir ki, rəsmi Paris Cənubi Qafqaz ölkələri üçün sülh məsələsini nəzərdən belə keçirmir və istəyir ki, burada daim qarşıdurma meyilləri, eskalasiya gündəmdə olsun. Ancaq bu çox təhlükəli bir gedişdir. Birincisi Paris bölgəyə çağırılmamış qonaq kimi gəlir. Onu burada gözləyən yoxdur. Onun Ermənistan istisna olmaqla burada ciddi dayaqları yoxdur. Paris çalışır ki, Ermənitan vasitəsilə Azərbaycanın irəliləyişinin qarşısını alsın. Çox güman ki, Fransa Azərbyacanın lider və güclü rolunda olmasını bir növ inkar etsin. Amma bu, son dərəcə lazımsız, təhlükəli və Parisin özünə baş ucalığı gətirməyən siyasətin təzahürüdür. Çünki istər-istəməz Paris nüfuz sahibidir, Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə silahının daşıyıcısıdır və vastilə dünya siyasətində öncül rollardan birini oynayıb. Amma indiki məqamda biz görürük ki, Paris Azərbaycan və onun müttəfiqlərinə qarşı məqsədyönlü, dağıdıcı siyasət yeridir".

Tofiq Abbasov sözlərinə belə davam edib: "Əlbəttə, biz bunlarla razılaşa və barışa bilmərik. Çünki Azərbaycanın bölgədə və dünyada yeritdiyi siyasət sülhün bərqərar olmasına hesablanır, digər tərəfdən Azərbaycan diplomatiyası özünü uğurla təsdiqləyərək çox vacib taleyüklü məsələlərin reallaşmasına yönəlik layihələri həyata keçirir. Əgər Fransa istəyirsə bu layihələrsə yer alsın, bu zaman o dağıdıcılıqla yox, həmkarlıq və qarşılıqlı əməkdaşlıq niyyətləri ilə ortaya çıxsın. Amma təəssüf ki, biz bunu görmürük.

Azərbaycanın ordusu güclüdür. Biz Rusiya və Türkiyə ilə də əməkdaşlığımızı sistemli şəkildə artırırıq. Bəlli olan odur ki, bu üç ölkə həmahəng çalışdığı halda yalnız ümidləri doğruldur. Bu da Parisi qıcıqlandırır. Ona görə Fransanın siyasi rəhbərləri özlərinə əl qatıb ki, dağıdıcı proseslərə dəstək versinlər. Amma unutmasınlar ki, bu məsələlərin hamısı Azərbaycan diplomatiyasının diqqətindədir. Onların iyrənc istəkləri reallaşmayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə