Azərbaycan-Türkiyə: sarsılmaz qardaşlığa, birliyə doğru - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Türkiyə lideri dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi"
PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: "Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq yerini tapıb"
Türkiyə və Azərbaycan! Bütün cahanı gəzib axtarsan bu iki dövlətin arasında olan dostluq və əməkdaşlığın oxşarını tapa bilmərsən. Çünki bu dövlətlərin dili, dini, mədəniyyəti, adət-ənənəsi, yaşayış tərzi, söykökü eynidir. Tarix boyu bir birinin yanında olan, maddi və mənəvi dəstəyini əsirgərmiyən bu iki qardaş dövlət tarixi Zəfərimizdən sonra imzalanan Şuşa bəyənnamaəsi ilə öz müttəfiqliklərini və dostluqlarını daha da geniş və intensiv formada qurmuşlar. Haqq davamızda hər zaman yanımızda olan və dəstək verən qardaş Türkiyə Cumhuriyyəti bizim bir nömrəli müttəfiqimiz və dostumuzdur. Təməlində milli maraqlar, qardaşlıq, güclü, dəyişilməz iradə dayanan bu birliyi möhkəmləndirən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla, böyük əhəmiyyət daşıyır. Ən çətin məqamlarda qarşılıqlı olaraq biri-birinə dəstək göstərib, dünyada və regionda böyük əhəmiyyətə malik qlobal iqtisadi layihələrin həlli üçün hər iki dövlətin potensialından qarşılıqlı istifadə edilməsi ölkələrimizi daha da yaxınlaşdırır. Bu bir həqiqətdir ki, Azərbaycan-Türkiyə birliyinin regional, beynəlxalq müstəvidə eynilik təşkil edən milli maraqları, dövlət mənafelərinə uyğun inkişafı, bu sahədə getdikcə möhkəmlənən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla, böyük əhəmiyyət daşıyır. Və AzərbaycanlaTürkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “TÜRKİYƏ BURDA YOXSA DA, MƏN BURDAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM”, SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.
Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN TUTARLI SAVAB: "Qarabağ işğaldan azad edilib, haqq öz yerini tutub"
"Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə Naxçıvanda keçirilən görüş zamanı mətbuata bəyanatında bildirib ki, bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir".
Türkiyə Prezidenti deyib ki, son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. "Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbə, həm də mülki şəxslərə göstərdiyi humanitar davranış münasibətilə ürəkdən təbrik edib: "Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər".
Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: "Prezident Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik baxımından çox mühüm faktordur".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB