"Təlimlər hərbi münasibətlərin inkişafından xəbər verir" - HƏRBİ EKSPERT FİKRİ

"Təlimlər hərbi münasibətlərin inkişafından xəbər verir" - HƏRBİ EKSPERT FİKRİ

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında imzalanan birgə fəaliyyət planı mövcuddur. Həmin fəaliyyət planı əsasında Bakıda hər il ölkənin hərbi dəniz qüvvələrinin və hərbi qulluqçuların iştirakı ilə “Xəzri 23”hərbi taktiki təlimi keçirilir. Təlimdə təhlükəsizlik, xilasetmə, terrorçuluqla mübarizə və digər məsələlər üzrə qarşıya qoyulan hədəflər yerinə yetirilir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, təlimlər zamanı iki ölkə dənizçiləri arasında təcrübə mübadiləsi aparılır: “Təlimlərdə daha çox dənizdə xilasetmə və neft mədənlərinin təhlükəsizliyi məsələsi ilə bağlı təcrübə keçirilməsi ön planda olur. İstənilən halda baş tutan təlimlər Azərbaycan-Qazaxıstan hərbi münasibətlərinin inkişafından xəbər verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə