“Hay-küy, sadəcə olaraq, ermənilərin növbəti cığallığıdır” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan hakimiyyətinin və Qarabağdakı bölücü ünsürlərin əsas məqsədləri odur ki, Azərbaycanı erməniləri zorla Qarabağdan çıxardığını dünyaya car çəksinlər. Sonra da adını da qoysunlar etnik təmizləmə və s.” Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, ermənilərin çirkin hədəfləri Azərbaycana qarşı basqı üçün əlavə bəhanələr yaratmaq istəkləridir: “Ona görə də, Qarabağdakı ermənilərin buradan çıxarılmasını təşkil edirlər. Fikir verirsinizsə, Qarabağdan çıxan ermənilər birinci könüllü şəkildə getdiklərini dilə gətirirlər, ikinci də onların arasında tez-tez belə adamlara da rast gəlinir ki, sula veriləndə niyə gedirsiniz? Onlar bildirirlər ki, bizim rəhbərlər belə məsləhət görürlər ki, biz Qarabağdan çıxmalıyıq. Azərbaycan dövləti onların buradan çıxarılması üçün heç bir təzyiq, təklif irəli sürməyib. Ermənistan isə bundan bəhanə kimi istifadə etmək istəyir. Burada da məqsəd qeyd etdiyimiz kimi, Azərbaycanı etnik təmizləmədə ittiham etməkdir. Lakin buna nail ola bilməyəcəklər. Çünki dünyanın gözü qarşısında bu hadisələr baş verib. Yəni, Laçın postunda keçən ermənilər özləri könüllü şəkildə getmək istədiklərini bildirirlər və əlavə olaraq, onlara humanitar yardımlar da edilir. Xankəndinin özündə bizim dövlət qurumlarımız fəaliyyətə başlayıb və yerdə qalan ermənilərə izah edilir ki, onlar burda qalıb rahat bir şəkildə yaşaya bilərlər, üstəlik də Azərbaycana gələn-gedən, yəni bütün bu hadisələri müşahidə edən hər kəs də görür ki, Azərbaycan dövləti, xalqı bu prosesdə olduqca təmkinli davranır və heç kimə basqı edilmir. Hay-küy sadəcə olaraq, ermənilərin növbəti cığallığıdır. Demək olar ki, biz işimizi ehtiyatlı tutmuşuq, Azərbaycan dövləti bu prosesləri təmkinlə izləyir və öz tədbirlərini görür. Ermənilərin bizi etnik təmizləmədə ittiham etməsi üçün heç bir əsas yoxdur və ola da bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə