"Ermənilərin gözümüzə baxmağa üzləri yoxdur" - QÜDRƏT HƏSƏNQULİYEV
"Bu gün bizim üçün həm kədərli, həm də sevinc dolu gündür. Kədərli gündür ki, şəhidlərimiz var. Allah bütün dünyasını dəyişmiş həmkar və şəhidlərimizə rəhmət etsin". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat sözlərinə belə davam edib: "Sevinc dolu gündür ki, uca tanrı xalqımızın dualarını eşidib Prezidentimizə kömək oldu və işğal altında qalmış torpaqlarımız azad edildi. Allah xalqımızın qarğış və lənətlərini bizə çox acılar yaşatmış ermənilərə yönəltdi ki, onlar öz ölkələrinə qayıtdı. Çünki gözümüzə baxmağa üzləri yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB