Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yaydı

Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yaydı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb. SİA Azərbaycan Respublikası Prezidenti Administrasiyasına istinadən məlumat verir ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə