"Əsrlər keçəcək xalqımız daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Son üç il ərzində çox böyük uğurlara imza atdıq. Yəni, vaxtı ilə Ermənistan tərəfindən işğal və talan edilmiş bölgənin bərpası baxımından çox böyük uğurlara nail olunub və suverenliyimiz bərpa edilib". Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, təxminən 200 ilə yaxın yaşı olan xalqımızın bağrında bir bəlaya, xəstəliyə çevrilmiş bir problemin həllinə nəhayət ki, nail olduq: "Bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir. Əsrlər keçəcək xalqımız daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə uzun ömür, cansağlığı versin. Eyni zamanda, bölgənin bərpası istiqamətində çox ciddi addımlar atılıb. Yəni, infrastruktur layihələri həyata keçirilib, tunellər, dəmiryolları çəkilib, evlər bərpa edilib. Vaxtı ilə öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımız öz yurd-yuvalarına qaytarılır. Bir sözlə, bu üç il ərzində həm hərbi, siyasi, həm də bölgənin bərpası istiqamətində çox mühüm işlər görülüb".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə