Deputat Natiq Cəfərlinin cavabını belə verdi - AÇIQLAMA

Deputat Natiq Cəfərlinin cavabını belə verdi - AÇIQLAMA

“Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasət yürüdür və ölkənin milli maraqlarının qorunmasını hər şeydən üstün tutur. O cümlədən qonşu dövlətlərlə də əlaqələrin inkişaf etdirilməsinə və möhkəmlənməsinə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov "REAL" partiyasının icra katibi Natiq Cəfərlinin “Ukrayna tək özü üçün deyil də, bütün post-sovet məkanı üçün döyüşür. Məhz ona görə də Azərbaycan bu günədən Ukraynaya onmilyonlarla dollarlıq yardımlar göndərib, Krım daxil Ukraynanın ərazi bötövlüyünü dəstəklədiyini hər fürsətdə elan edib-edir” fikrinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: “Biz qonşularımızı dəyişə bilmərik. Ona görə də bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, sülh və əməkdaşlıq şəraitində yaşamaq əsas prioritetlərimizdəndir. Hətta 30 il torpaqlarımızı işğal edərək bizə qarşı soyqırımlar törətmiş Ermənistanla da köhnə düşmənçilik səhifəsini bağlayaraq münasibətlərin ağ vərəqdən başlamağını və qısa bir zaman kəsiyində sülh müqaviləsinin imzalanmasını dəstəkləyirik.

Rusiya da bizim qonşumuzdur və bu ölkə ilə münasibətlərin gələcəkdə də qorunub saxlanılmasını vaciib hesab edirəm. Həm də müharibədən əziyyət çəkən Ukraynaya da humanitar dəstəyimizi göstəririk. O cümlədən müharibə bölgələrində əziyyət çəkmiş uşaqların bir qismi mütəmadi olaraq ölkəmizə gətirilir və onlara psixoloji dəstək veririk. Azərbaycan müharibəni heç vaxt dəstəkləmir. Ölkəmizin əraziləri 30 il işğal altında olduğuna görə müharibənin buraxdığı fəsadların ağırlığını çox yaxşı bilirik. Ona görə də dövlətimiz dünyada bütün dövlətlərin suverən ərazilərinin bütövlüyünü dəstəkləyir və işğala heç vaxt haqq qazandırmır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə