“Separatçıları Ermənistanda ağır günlər gözləyir” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistan Baş Naziri Nikol Paşinyan və separatçılar arasında böyük çatlar çoxdan yaranmışdı. Əslində Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağı və Praqada bu məsələni qeyd etməsi xunta ilə Ermənistan iqtidarı arasındakı uçurumu daha da dərinləşdirdi. Faktiki olaraq indi Qarabağ erməniləri adı altında maskalanan separatçıları Ermənistanda ağır günlər gözləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlığını qəbul etməyib Ermənistana gedənlərə ögey münasibət bəsləniləcək: “İrəvan erməniləri ilə Qarabağ erməniləri arasındakı psixoloji gərginliyin praktiki mənzərəsini daha aydın görəcəyik. Faktiki olaraq bundan Paşinyanı devirmək üçün istifadə edən qüvvələr də var. Ermənistanda vətəndaş müharibəsi ehtimalları hazırda yüksəkdir. Siyasi rabitəsizlik bütün qüvvələrdə aydın sezilir. Amma çevriliş ssenarilərinin bitmiş və tükənmiş Ermənistan cəmiyyətində nə qədər reallaşacağı da şübhəlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB