Ağdamdan Xankəndiyə yanacaq göndərilib - FOTO

Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.

Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.

Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə