"Qondarma separatçı cinayətkar rejim süquta uğradı" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə çox möhtəşəm bir qələbə qazandı. Azərbaycan xalqı böyük bir zəfər əldə etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, ordumuz Qarabağda 24 saata yaxın antiterror tədbirlərini həyata keçirdi: “Bu da kifayət qədər çox qısa bir müddət idi. Bu qısa müddətdə də ordumuz çox böyük uğurlara nail oldu. Demək olar ki, bütün istiqamətlərdən ordumuz erməni hərbi birləşmələrinin mövcud olduğu ərazilərə daxil olmağı bacardı.

Qısa antiterror tədbirləri nəticəsində bölgədəki separatçı rejimin qalıqları təslim olmağa məcbur edildi. Bununla da qondarma separatçı cinayətkar rejim süquta uğradı. Təbii ki, bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir. Regionda, bölgədə xüsusən də, Qarabağda sülh quruculuğu inşası prosesi daha da sürətlənəcək. Eyni zamanda, bu tədbirlər ordumuzun yüksək döyüş qabiliyyətini, əzmini bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bu bölgədə sülh quruculuğu proseslərinə əhəmiyyətli dərəcədə ciddi təsir göstərəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə