Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror tədbirlərinin nəticələri məlum idi. Hamı, o cümlədən Ermənistanın özü üçün bu cür nəticə gözlənilirdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü bloger Giorgi Caxaya söyləyib.
Onun sözlərinə görə, Qarabağ Ermənistanın “kürəyində daşıya bilmədiyi ağır bir yük” idi. Sadəcə olaraq, bəzi qüvvələr Ermənistanın bu yükdən azad olmasına imkan vermirdi. Regionda sabitliyin, sülhün, inkişafın əleyhinə olan qüvvələr erməni separatçılarının əli ilə Azərbaycana qarşı daim kampaniya aparıblar. Nəhayət Azərbaycanın başlatdığı antiterror tədbirləri öz nəticəsini verdi.
Bloger qeyd edib ki, Qarabağda separatçıların təslim olması və münaqişəsinin başa çatması Ermənistanın özünün blokadadan çıxmasına, dünyaya açılmasına, ümumilikdə regionun inkişafına təkan verəcək. Eyni zamanda, qlobal nəqliyyat layihələrinin reallaşmasına imkan yaranacaq.
“Qarabağ məsələsinin bu cür başa çatması regiondakı digər münaqişələrin də həllinə səbəb ola bilər. Bu da ümumilikdə Cənubi Qafqazın inkişafına, çiçəklənməsinə səbəb olacaq”, - deyə Caxaya vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB