“Dövlət Komissiyasında çoxsaylı məlumat və materiallar var” - ELDAR SƏMƏDOV
“Artıq işğal faktoru aradan qalxıb və Müzəffər Ordumuz torpaqlarımızı azad edib. Qarşımızda da yeni bir sahə açılıb. Cənab Prezidentə xüsusi təşəkkürümü bildirirəm ki, bu məsələdə ciddi diqqət və qayğısı olub”. SİA xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, Dövlət Komissiyasında çoxsaylı məlumat və materiallar var: “Zaman-zaman bunları beynəlxalq ictimaiyyətə çatdırmışıq. Dəfələrlə Dövlət Komissiyasi Ermənistan aidiyyatı sturuktruna əməkdaşlıqla bağlı təkliflər etsə də buna müsbət cavab verilmədi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB