“Dünya nizamı və qanunları var. Müstəqil suveren dövlətlərin öz hüquqları mövcuddur”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, dünyanın bəzi gücləri müstəqil siyasət yürüdən, demokratik, azad cəmiyyət quran dövlət başçılarına zərər vurmağa çalışırlar: “Amma çox hallarda buna nail ola bilməyiblər. Məsələn, ABŞ uzun müddətdir ki, Venesuela prezidentini devirmək istəyir, amma devirə bilmir. Yəni, sanksiyalar tətbiq etdi və əlindən gələn hər şey etdi, lakin sonra heç nəyə nail ola bilmədi. Rəsmi Kremilin Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi sərt fikirlərdən sonra Paşinyanı devirmək istəsə də, buna nail ola bilmir”.
Q.Hüseynli bildirdi ki, Rusiyanın vəziyyəti ağırdır, bu baxımdan da öz dərdini çəkməlidir: “Bu gün Rusiya böyük bir bataqlığa batıb, oradan çıxa bilmir və problemlər içərisində vurnuxur. Rusiya Paşinyanı nəyə görə devirməlidir? Nə var-nə var Paşinyan Putinə bir-iki kəlmə cavab qaytarıb. Düşünürəm ki, belə şeylər baş tutan söhbət deyil. Eyni zamanda, bu, həm də beynəlxalq hüquq normalarına da ziddir. Rusiya Paşinyanı devirə bilməyəcək”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB