“Azərbaycan hər zaman Ermənistanı sülhə dəvət edib” - SİYASİ EKSPERT DANIŞDI

“Azərbaycan hər zaman Ermənistanı sülhə dəvət edib” - SİYASİ EKSPERT DANIŞDI

“Son zamanlarda həm şərti sərhədlərimizdə erməni silahlı qüvvələri, həm də Qarabağda fəaliyyət göstərən qanunsuz erməni dəstələri Azərbaycanın hərbi mövqelərinə qarşı müxtəlif təxribatlar həyata keçirir, atəşkəsi pozurlar”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib. Onun sözlərinə görə, bütün bunlar qəbuledilməzdir:

“Azərbaycan dövləti hər zaman olduğu kimi yenə böyük səbr, təmkin nümayiş etdirir. Buna baxmayaraq, qarşı tərəf unutmamalıdır ki, Azərbaycan ordusunun hər an hərbi təxribatların qarşısını alınmaq üçün imkanları var. Lakin Azərbaycan heç zaman bölgədə yeni müharibənin yaranmasını istəməyib. Proseslər bu cür davam edərsə, bu zaman dövlətimiz öz suveren hüququndan istifadə edərək, daha ağır hərbi əməliyyatlara başlayacaq.

Azərbaycan hər zaman Ermənistanı sülhə dəvət edir. Təəssüf ki, qarşı tərəf isə bu dəvətlərə qeyri-konstruktiv cavablar verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə