“Bu xalq heç vaxt vətənə xəyanəti bağışlamır” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Kimlərin vətən xaini olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsində öz əksini tapıb. Fikrimizi ümumiləşdirsək, deyə bilərik ki, vətənə xəyanət edən şəxs vətən xaini sayılır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, sözsüz ki, bu sıraya dövlət sirrini yaymaq, casusluq, müharibə vaxtı düşmənin tərəfinə keçmək kimi hallar aiddir: “Azərbaycan monolit, milli və mənəvi dəyərlərlə yaşayan bir cəmiyyət olduğu üçün bizdə bu əməlin həm hüquqi, həm də mənəvi cəzası var.
Vətən xainlərinin törətdiyi əməl məhkəmə tərəfindən sübuta yetirilərsə, ona qanunvericilik üzrə nəzərdə tutulan cəza verilir. Vətənə xəyanət etdiyi sübut olunan şəxsi həm də cəmiyyıt lənətləyir”.
Seymur Verdizadə sözlərinə belə davam edib: “Azərbaycanlılar humanist və tolerantdır. Yəni, bir çox əməlləri bağışlaya bilər. Amma bu xalq heç vaxt vətənə xəyanəti bağışlamır.
Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. İndi hər bir Azərbaycanlıdan sonsuz vətənpərvərlik tələb olunur. Vətənin ağır günündə ona arxa çevirmək vicdansızlıqdır. Azərbaycan xalqı bu adamları heç vaxt bağışlamayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB