Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Sentyabrın 12-si 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri ilə guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində olan mövqelərin atəşə tutulması ilə bağlı qarşı tərəfin yaydığı məlumat yalandır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə