Milli Məclisin sədri Sofiyada “Naməlum əsgər” abidəsini ziyarət edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Azərbaycan parlamentinin sədri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.
Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB