“Xəzər dənizi ətrafındakı ölkələri ayıran deyil, birləşdirən bir dənizdir” - DEPUTAT ŞƏRH ETDİ
“Aşqabadda keçirilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olaraq, Xəzər hövzəsi ölkələrinin münasibətlərinin daha da sıxlaşdırılması, qonşuluq münasibətlərinin genişləndirilməsi, Xəzərdən istifadənin ekoloji normalara uyğun olaraq ədalətli bölgü ilə həyata keçirilməsi və s. məsələlər üçün olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Xəzər ətrafında İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlətləri yer alır və onlar arasında Xəzər dənizinin dibinin və səthinin bölgüsü 90-cı illərdə çox ciddi problemlərlə üzləşmişdi: “Ulu Öndər Heydər Əliyevin səyləri və cənab Prezidentin təşəbbüsləri nəticəsində demək olar ki, bütün anlaşılmaz məsələlər aradan qaldırılmışdır. Hazırda Xəzər dənizi ətrafındakı ölkələri ayıran deyil, birləşdirən bir dənizdir.
Hesab edirəm ki, Xəzər dənizi ilə bağlı belə işçi qrupunun dinləmələrinin keçirilməsi, iclaslarının aparılması gündəlik məsələlərin həlli və strateji vəziyyət üçün böyük əhəmiyyətə malikdir.
Xəzərin bioresurslarından istifadə məsələsi, nəqliyyat-logistik imkanları böyük əhəmiyyət daşıyır. Buna görə də bu cür görüşlərin baş tutması ölkələr arası münasibətlərin inkişafında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB