BQXK Qərbin əlində oyuncağa çevrilmişdir - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qərbin Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiqi nəticəsində ərzaq dolu yük avtomobili ayın 10-da Ağdam-Xankəndi yolu ilə humanitar yardımı Qarabağda yaşayan ermənilərə çatdırmalı olduğu halda, bu, mümkün olmamışdır. Məlum olduğu kimi, bu səbəbdən Azərbaycanın göndərdiyi 40 ton un yükü də hələ yolda qalmaqdadır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məslisin Aqrar Sitasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu faktlar bir daha sübut edir ki, Laçın dəhlizi və humanitar yardım məsələlərindən Ermənistan hakimiyyəti və onların havadarları humanitar deyil, siyasi məqsədləri üçün istifadə etməkdə, beynəlxalq ictimaiyyəti aldatmaqdadılar.
“Əgər Qarabağda yaşayan ermənilər doğrudan da acdılarsa, ərzaq ehtiyacları varsa, hansı yolla gətirilməsindən asılı olmayaraq Rusiya və Azərbaycan tərəfindən göndərilən yardımları mütləq qəbul etməlidirlər. Əgər etmirlərsə, yolu bəhanə gətirirlərsə, deməli, onlar siyasi təxribatlara yol açır, məkrli niyyətlərini, təcavüzkar əməllərini həyata keçirirlər. Çox təəssüflər olsun ki, BQXK bu sahədə onlara yaxından dəstək verir və demək olar ki, Qərbin əlində siyasi oyunbazlıq etmək üçün bir alətə çevrilmişdir. Komitənin separatçılarla sıx əlaqədə olması yardımların çatdırılmasına maneçilik törədilməsində, qaçaqmalçılıqla məşğul olmaqda, qatillərin müdafiə edilməsində özünü aydın göstərir.
Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarına əməl etmirsə, öz ofisini ölkəmizə köçürmürsə, erməni təcavüzkarlarına dəstək verirsə, humanitar yardımların Qarabağa çatdırılmasına maneçilik törədib erməniləri çirkin əməllərə ruhlandırırsa, onun fəaliyyəti məhdudlaşdırılmalı və bu barədə müvafiq orqanlara müraciət edilməlidir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönələn hər bir cəhdin qarşısı vaxtında alınmalıdır”, - deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB