“Rusiya və Ermənistan arasında ciddi münaqişələr baş verir” - POLİTOLOQ ŞƏRH ETDİ
“Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Qərbyönümlü siyasət yürütməyə başladı və hər zaman Rusiya ilə müəyyən məsafə saxlamağa çalışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, son iki ildir ki, Paşinyan KTMT-nin İrəvanda keçirilən iclasında yekun sənədi imzalamadı: “Bu ilin yanvarında Ermənistan ərazisində KTMT-nin silahlı qüvvələrinin keçirilməsi nəzərdə tutulunan təminə Paşinyan icazə vermədi. Açıq-aydın görünür ki, Paşinyan Rusiyadan qopmaq istəyir. Bu isə təbii ki, çətindir. Çünki Ermənistan sərhəddini Rusiya qoşunları qoruyur.
Ermənistanın Qərbdə olan dostları isə Paşinyan qarşısında Rusiyadan ayrılmaqla bağlı məsələ qoyublar. Son günlər Paşinyan Ermənistanın KTMT-də olan nümayəndəsini geri çağırıb və onu Niderlanda NATO qüvvələrinə şöbə müdiri göndərdi. Sentyabrın 10-dan isə ABŞ-la Ermənistan silahlı qüvvələri arasında təlimlərin keçirilməsi isə Rusiyanın səbrini daşıran son damla oldu. Bundan sonra isə Rusiya ard-arda Ermənistana təzyiqlər etməyə başladı. Görünən odur ki, Rusiya və Ermənistan arasında ciddi münaqişələr baş verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB